DOST VƏ DOSTLUQ189–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Hər insan öz dostunun, yoldaşının dininin tə`siri altında olur, ona görə də kimlərlə dostluq etməyinizdə diqqətli olun. Biharul-ənvar /74/192.
***
190–İmam Sadiq əleyhissalam buyurur: Elə bir şəxslə dost ol ki, sənə zinət olsun, amma o kəslə dost olma ki, sən ona zinət olasan (yə`ni həmişə özündən yaxşı kəslə dostluq et ki, mə`nəvi irəliləyişlərə çatasan). Biharul-ənvar /76/267.
***
191–İmam Sadiq əleyhissalam buyurur: Mənim ən sevimli və ən yaxşı dostum o şəxsdir ki, eyblərimi mənə hədiyyə etsin, desin. Biharul-ənvar /76/282.
***
192–İmam Cə`fər Sadiq əleyhissalam öz atasından, o, da öz cəddindən belə nəql edir: Əli əleyhissalam buyurdu: Həqiqətən müsəlman şəxsin üç dostu var. Onlardan biri deyir ki, mən həm sağlığında, həm də öləndən sonra səninlə dostam. O dost hər bir şəxsin öz əməlidir. Bir dost da deyir ki, mən qəbrə qədər səninləyəm, orada səni tərk edəcəyəm. O da onun övladlarıdır. Bir dost da deyir ki, mən səninlə ölənə qədər dostam. Bu da onun sərvəti, malıdır ki, ölən kimi varislərin ixtiyarına keçir. Xisal /1/114.
***
193–İmam Sadiq əleyhissalam buyurur: Düz işlər görən və düz danışan şəxslərlə dostluq et və sə`y et ki, onlardan çoxlu mə`rifət kəsb edəsən. Çünki onlar sənin rifahda yaşadığın vaxtlarda arxan, müsibət baş verdikdə isə köməklərindir. Biharul-ənvar /74/187.
***
194–İmam Səccad əleyhissalam buyurur: Yaxşı və saleh insanlarla oturub-durmaq insanı layiqli olmağa vadar edir... Biharul-ənvar /78/141.
***
195–İmam Səccad əleyhissalam buyurur: Günahkarlarla yoldaşlıqdan, zalımlara kömək etməkdən uzaq olun. Biharul-ənvar /78/151. |