Vahabi etiqadının yeni təhlili (9)Bismillahir Rəhmanir Rəhim DOQQUZUNCU SÖHBƏT
Quran, rəvayət və tarixdə təhrif
Neçə illərdir ki, vahabilər İslam ictimaiyyətinin rəhbərliyini ələ almağa can atırlar. Istismarçıların bu cərəyanı yaratdığı ilk gündən bu arzu ilə yaşayır, bu yolda bütün imkanlardan lazımınca istifadə edirlər. Allah vergisi olan nefti dollarlara dəyişir, bu pulla saysız-hesabsız müsəlmanı öz tərəflərinə çəkirlər. Bu işdə Hicaz torpaqlarının tarixi imtiyaz və üstünlüklərindən rəhbərliyə çatmaq üçün istifadə edirlər. Məsələn, İslam Peyğəmbəri bu ölkədə besət etmiş, İslamın başlanğıc nöqtəsi burada olmuş, Məkkə və Mədinədə ayaq açıb digər yerlərə yayılmışdır. Peyğəmbərdən bir neçə müddət sonra İslamın paytaxtı qərarlar qəbul edilib xəlifələrin təyin olunduğu mərkəz olmuşdur. Bu gün də Məkkə və Mədinənin İslamın mərkəzi olması gərəkdir. Eləcə də Quran Hicaz torpaqlarında nazil olub, o diyarın camaatının dilini meyar seçmiş, Məkkeyi Müəzzəmə, şərəfli abidələr və müqəddəs məkanlar oradadır. Bu ölkənin padşahı xadimul hərəmeyndir (iki hərəmin xadimi) və çoxlu təbliğ imkanları olan bu rejim onun ixtiyarındadır. Bunları nəzərə almaqla, Səudiyə padşahlığının müsəlmanlara başçılıq və rəhbərlik etmək ləyaqəti olduğuna onların etiqadı vardır. Onların fikrincə, həqiqi İslam - onların İslamı, Quran, sünnə ilə müvafiq olan məzhəb isə vahabi əqidəsidir. Vahabi firqəsi Naciyə (nicata çatan) və Mərcə (qayıdış məhəlli) firqələri islamla tanışlıq mənbələri, dini təbliğ edib yayan firqədir. Digərləri isə islam dinini tanımaq üçün bu firqələrə müraciət etməlidirlər. Yeni firqənin meydana çıxıb vahabiçiliyin zühur etməsinin fəlsəfəsi Şiəni alçaldıb müsəlmanlar arasında nifaq salmaq olduğu üçün istər ərəb, istərsə də qeyri-ərəbi doğru yola çəkmək üçün dolğun təfəkkürlü şiənin ünvanına zəif xüsusiyyətlər söyləməklə bu firqənin nöqsanlı olduğunu sübut etmək istəyirlər. Şiə üçün nöqsan hesab etdikləri məsələlərdən biri də təqiyyədir. Onlar təqiyyəni bir növ açıq-aşkar nifaq hesab edirlər. Eləcə də Şeyxeyn (iki Şeyxləri) xilafəti və Ummul Möminin Aişənin fəzilətinə olan etiqadsızlığı, Quranın təhrif olunmasına... inanmağı şiələrə eyb və nöqsan kimi qələmə verirlər. Şiəyə vurduqları ittihamlar və töhmətlərin puçluğunu açıqlamaq qalın bir kitabın yazılmasını tələb etdiyi üçün biz burada yalnız Quranın təhrif olunması etiqadı haqqında söhbət açacağıq. Şiə və sünnü alimlərinin təhrif barəsində fikirləri
Quranın təhrif olunması mövzusu yalnız şiə firqəsinin iddiası deyildir. Eləcə də təhrif olunması da məhz vahabi firqəsinə məxsus deyildir. Şiə alimləri arasında Quranın təhrif olunduğunu söyləyən hədisçilərə rast gəlmək mümkündür. Əlbəttə onlar təhrifi vahabilərin nəzərdə tutduqları mənada deyil, başqa cür mənalandırmışlar. Sünnü alimləri içində də Quranın təhrif olunmasına inanan şəxslər vardır. Daha çox məlumat almaq üçün bu mövzuda yazılmış kitablara müraciət etmək olar.[1] Sünnə əhlinin bir neçə hədisçisinin əqidəsinə əsasən Quranın təhrif olunduğuna inanmalarını demək düzgün olmadığı kimi, bəzi şiə hədisçilərinin bu nəzərini bütün şiə alim, fəqih və hədisçilərinə şamil etmək heç də məqsədəuyğun deyildir. Əhl sünnənin əksər etibarlı kitablarında (“Səhih Muslim”, 5-ci cild, səh.116, “Musnəd Əhməd”, 1-ci cild, səh. 47, “Səhih Buxari”, 4-cü cild, səh. 11 və 8-ci cild, səh. 208, eləcə də “Kənzul ummal” kitabının seçilmiş əsərləri 3-cü cild, səh 43-dəki kimi) Quranın təhrif olunması haqqında hədislər mövcuddur. Belə hədislərin yazıldığı bütün kitabların üzərindən qırmızı xətt çəkməyin ağılasığmaz bir iş olduğu kimi, Quranın təhrif olunduğunu söyləyən şiənin böyük şəxsiyyətlərinin bütün əsərləri və kitablarından da üz çevirmək düzgün deyildir. Məsələn, Mühəddis Nurinin - Quranın təhrif olunduğunu isbat edən “Fəslul xitab” kitabını yazdığına görə - onun “Müstədrək” kitabına laqeydlik göstərmək olmaz. Mühəddis Nuri və onun kimilərin təhrif barəsində fikirləri ilə vahabilərin nəzərdə tutduqları məna tam başqadır.
|