Vahabi etiqadının yeni təhlili (7)YEDDİNCİ SÖHBƏT
Quranda təvil
Quran ayələrinin möhkəm və mütəşabih, nasix və mənsux hissələrə bölündüyünə əsasən, bəzi ayələri anlamaq üçün onların zahiri mənaları ilə qane olmaq olmaz. Çünki bu ayələr şübhələrə bais olub çaşdırmaq qabiliyyətinə malikdirlər. Rəvayətlərin dediyinə görə də Quranın hamının anlaya bilməyəcəyi batini və dərk qatları vardır. Bu səbəbdən bəzi ayələri dərk etmək üçün digər ayələrə müraciət etmək zəruridir. Məsələn: "ألرحمانُ عَلَى العَرْشِ اسْتَوَى"[1] "و جَاءَ رَبُّك وَالْمَلَكُ صَفَّاً صَفَّاً" [2] Bu ayələri təfsir etmək üçün aşağıdakı ayələrə müraciət etmək lazımdır: "لَيْسَ كَمِثْلِهِ شَيءٌ" "لَمْ يَكُنْ لَهُ كُفُواً أَحَدٌ" "وَ كَانَ اللهُ بِكُلِّ شَيءٍ عَلِيماً" Belə ayələrin qarşısında iki dəstə mövcuddur: Zahir əhli ayələrin zahiri mənası ilə kifayətlənirlər. Təvil əhli isə bu növ ayələri təhlil etmək üçün digər ayələrə diqqət yetirir, təvil etməyə etiqadlıdırlar. Məsələn: Zahir əhli عَلَى العَرْشِ اسْتَوَى ayəsini “Ərş Allahın xüsusi kürsüsüdür” kimi mənalandırırlar. Lakin Təvil əhli bu ayənin mənası barəsində iki ehtimal vermişlər: 1. Ərş uzunluq, en, hündürlüyü olan bir şeydir.
|