Vahabi etiqadının yeni təhlili(3)ÜÇÜNCÜ SÖHBƏT
Şiə və Vahabi nöqteyi-nəzərində tovhid
Vahabiyyət məktəbində təfəkkürün qadağan olunmasının nəticəsi
Vahabiyyət məktəbində etiqadi məsələlərdə bir növ fikir donuqluğu müşahidə olunur. Şeyx Məhəmməd bin Əbdül Vəhhab özünü açıq fikirli bir şəxs kimi qəbul etdiyinə, Sünnə əhlinin dörd məzhəbi, hətta Şiə etiqadına irad tutub Quran ayələrini yozduqlarına görə qınadığına baxmayaraq, özü Mütəal Allahı tanımaq sahəsində cüzi məsələlərə ehmalla yanaşaraq Təbarək və Taala Allah üçün bir növ cisim olduğunu təsəvvür edir və bu barədə Quranın ayələrinin zahirinə kifayətlənirdi. Onun tərəfdarları da ayə və rəvayətlər haqqında düşünməkdən uzaq durub əqli, fəlsəfi və ürfan elmlərini inkar etdikləri üçün donuq, məhdud nəzər və fikir tərzinə düçar olmuşdurlar. Belə ki, ayə və rəvayətlərin buyurduqlarını zamanın tələbinə uyğunlaşdırmağa qadir deyildilər. Elə buna görə də ilk öncə telefon, ümumi rabitə vasitələri və sairəni haram elan edib bunlarla mübarizəyə qalxaraq, lakin sonda təslim olmağa məcbur oldular. Şəfaət, təvəssül, peyğəmbərlik isməti kimi məfhumları bu günkü idrakları ilə uyğunlaşdırmağa qadir olmadıqları üçün bütün peyğəmbərlər, xüsusilə İslam Peyğəmbəri və övliyalar haqqında düşüncələri məhdud olub, onların mənəvi məqamlarını digər şəxslərlə bərabər hesab edir, onları öldükdən sonra puç və heç olduqlarını zənn edirlər. Ancaq şiə və bəzi islami firqələr həmən şəxslərin hər bir işdə hazır olub nəzarətçi olduğuna inanırlar. Nəticədə vahabilər peyğəmbərlər və övliyalara sığınıb, onlara təvəssül edib, şəfaət istəməyi bir növ bidət və şirk hesab edirlər. Şəhid Mütəhhərinin dilindən eşidək
Şəhid Mütəhhəri deyir: “Vahabilər Allahın iki hakimiyyət dairəsinə malik olduğunu təkid edirlər: Birincisi, Allahın zatına aiddir və heç kəs bu dairəyə daxil ola bilməz. İbadətlə təvəssül də Allaha aid olaraq bu dairəyə daxildir. İkincisi, dünyanın təbii və adi işlərinə aiddir ki, insanların adi işlərinin bir hissəsidir. Bu, insana aid olub, onun ixtiyar və iradəsinə tabedir. Bu sahədə Allahın heç bir ifası yoxdur”.[1] O, sözünə davam edərək deyir: “Bizim nəzərimizcə, Varlıq üçün hakimiyyət dairəsi fərzi, Allahın hakimiyyət sərhədinin bir tərəfdə, digər varlıqların, xüsusilə insanın hüdudlarını başqa bir tərəfdə təsəvvür etməklə bu iki sərhədi bir-birindən ayırmağın özü qeyri-məqbul və bir növ şirk sayılır. Allahın işlərini digər varlıqların işlərindən ayırmaq lazım deyil. Çünki bizim: "ان القوة لله جميعاً" və "لا حول و لا قوةَ الا بالله العلي العظيم" etiqadımız vardır”. Mütəhhəri sonra belə davam edir:
|