ŞƏHADƏT VƏ ŞƏHİDLİK




Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99

Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103

393–Peyğəmbər (s.ə.v.v.) buyurur:  Hər bir yaxşılıqdan üstün bir yaxşılıq da vardır, amma bir adam əziz və cəlil Allahın yolunda öldürülsə şəhidlik məqamına çatar və ondan yüksək və üstün heç bir yaxşılıq yoxdur.

Biharul-ənvar /100/10.

***

394–İmam Sadiq əleyhissalam buyurur:  Pərvərdigari-aləm Allah yolunda ölən şəxslərin heç bir günahını özünə göstərməz (şəhidin bütün günahları bağışlanır).

Kafi /5/54.

***

395–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur:  And olsun canım əlində olan Allaha, əgər yer və göy əhli hamılıqla bir mö`mini öldürməyə yığışsalar, yaxud bu işə razı olsalar, Rəbbim hamısını oda atacaq.

Biharul-ənvar /75/149.

***

396–Peyğəmbər (s.ə.v.v.) buyurur:  Rəbbinin nəzərində heç bir damla Allah yolunda tökülən bir qətrə qandan əziz deyildir.

Vəsailuş-şiə /15/14.