ZƏHMƏT VƏ TƏNBƏLLİK



389–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  İbadət yetmiş qismdir ki, ən üstünü halal qazancdır.

Təhzib /6/324.

***

390–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Tənbəlliyə, süstlüyə adət edənlər heç vaxt xoşbəxt ola bilməzlər.

Ğürərul-hikəm /197.

***

391–İmam Baqir əleyhissalam buyurur:  Tənbəllikdən və hövsələsizlikdən uzaq olun, çünki bu iki xislət bütün pisliklərin açarıdır.

Biharul-ənvar /78/175.

***

392–Ənəs ibni Malik rəvayət edir:  Allahın Rəsulu (s.ə.v.v.) Təbuk döyüşündən qayıdarkən Sə`d Ənsari Həzrəti qarşılamağa getdi. Peyğəmbər (s.ə.v.v.) onunla qucaqlaşıb görüşdükdən sonra soruşdu:  Əlin niyə qabar olub? Cavab verdi:  Ey Allahın Rəsulu, ailəmi dolandırmaq üçün bellə, kəndirlə işləyirəm. Peyğəmbər (s.ə.v.v.) onun əlini öpüb buyurdu:  Bu bir əldir ki, cəhənnəm odu əsla ona dəyməz.

Üsdul-ğabə /2/299.