MƏSLƏHƏT, MƏŞVƏRƏTDeprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99 Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103 385–Həzrəti Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Əgər hökmdarlarınız yaxşı adamlar, varlılarınız səxavətli insanlar olsaydı, işlərinizdə bir-birinizlə məşvərət edib məsləhətləşsəydiniz, yerin üstü sizin üçün yerin altından yaxşı olardı. Yox, əgər hökmdarlarınız pis adamlar, varlılarınızsa paxıl olsa, işlərinizi də məsləhət və məşvərətsiz həyata keçirsəniz yerin altı sizin üçün yerin üstündən yaxşıdır. Mənhəcus-sadiqin /2/373.
***
386–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Hər kim ağıllılarla məşvərət etsə, onların ağıl şüasında işıqlığa çıxar. Ğürərul-hikəm /334.
***
387–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Ağıllı insanlarla məsləhətləşmək, ağılın inkişaf etməsinin dəlilidir. Biharul-ənvar /75/105.
***
388–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Məsləhətləşən insan bədbəxt olmaz və məşvərətsiz, özbaşına qərar çıxaranlar xoşbəxtliyə çatmaz. Nəhcül-fəsahə /533. |