QƏNAƏTCİLLİK




Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99

Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103

380–İmam Sadiq əleyhissalam buyurur:  Mən yaşayış xərclərində (israf etməyib) orta səviyyədə yaşayan şəxslərin fəqir olmayacağına zamin dururam.

Biharul-ənvar /71/346.

***

381–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Siyasət və müdiriyyətdə lazım olan şey mülayimlikdir.

Ğürərul-hikəm /182.

***

382–Həzrət Əli əleyhissalam buyurur:  Ehtiyacdan artıq işlətmək israfdır.

Müstədrəkul-vəsail /15/271.

***

383–İmam Kazim əleyhissalam buyurur:  Əgər insanlar orta səviyyədə yemək yesəydilər, bədənləri möhkəm və davamlı olardı.

Biharul-ənvar /66/336.

***

384-Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur:  Ölülər qəbiristanlıq kənarından keçən hər kəsi çağırıb deyərlər:  Ey dili-qafil, biz başa düşənləri bilsəydin bədənindəki ətin əriyərdi.

İrşadul-qülub.