DÜNYA MALINA HƏRİSLİK




Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99

Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103

361–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur:  Hər kimin iki günü bərabər və inkişafsız olsa zərər etmişdir.

Biharul-ənvar /71/173.

***

362–İmam Kazim əleyhissalam buyurur:  Dünya malı dəniz suyuna bənzər, susuz adam ondan nə qədər içsə, susuzluğu bir o qədər artar və nəticədə onu həlak edər.

Biharul-ənvar /78/311.

***

363–İmam Hadi əleyhissalam buyurur:  Camaat bu dünyada mal-dövlətə, axirətdə isə yaxşı əməllərə yüksək baxarlar.

Biharul-ənvar /78/368.

***

364–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur:  Ümmətimin qadınlarını iki şey həlak edər:  1. Qızıl; 2. Nazik paltarlar geyib bədənini özgələrə göstərmək; Həmçinin iki şey ümmətimin kişilərini fəlakətə sürükləyər: 1. Savadsızlıq; 2. Mal toplamaq və dünya hərisliyi.

Məcmueyi vərram.