İSLAMDA SAĞLAMLIQDeprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99 Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103 340–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Allah-taala üç şeyi xoşlayır: Az danışmaq, az yatmaq və az yemək. Və üç şeydən də acığı gəlir: Çox danışmaq, çox yatmaq və çox yemək. İsna əşəriyyə /92.
***
341–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Pakizə olmaq üçün var gücünüzlə çalışın, çünki Allah-taala islamı paklıq üzərində bina etmişdir və behiştə də yalnız paklar daxil olar. Kənzul-ümmal /26002.
***
342–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Çox yemək və həmişə tox olmaq müxtəlif xəstəliklər yaradar. Ğürərul-hikəm /3591.
***
343–Musa ibni Cə`fər əleyhissalam buyurur: Sünnətlərdən beşi insanın başında və beşi isə bədənindədir. Başda olan sünnətlər bunlardır: Dişləri yumaq, bığın qabağını vurmaq, başın tükünü ayırmaq, məzməzə (ağıza su alıb yaxalamaq) və istinşaq (buruna su çəkib qaytarmaq). Bədəndə olan sünnətlərsə bunlardır: Xətnə etmək (uşağı kəsdirmək), övrətin ətrafında olan tükləri qırxmaq, qoltuq tükünü təmizləmək, dırnaqları tutmaq və istinca etmək (yə`ni sidik və ğaitin yerini təmizləmək və pak etmək). Xisal /125.
***
344–Əmirəl-mö`minin Əli əleyhissalam İmam Həsən əleyhissalama buyurdu: İstəyirsənmi sənə dörd xislət öyrədim ki, təbibə ehtiyacın olmasın?! İmam Həsən ərz etdi, bəli! Buyurdu: Acmamış yemək yemə, yeməkdən doymamış süfrədən çəkil, yeməyi ağzında yaxşı çeynə və yatmazdan qabaq ayaqyoluna get. Əgər bu göstərişlərə əməl etsən, təbibə ehtiyacın olmaz. Vəsailuş-şiə /24/245. |