ZİNA VƏ ONUN ZİYAN VERİCİ ƏSƏRLƏRİDeprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99 Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103 333–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Tövratda belə yazılmışdır ki, Allah buyurur: Mən qatillərin qatili, zina edənləri fəqir və pərişan edən Allaham! Kafi /5/554.
***
334–İmam Sadiq əleyhissalam buyurur: Zina edənin altı xüsusiyyəti vardır ki, üçü dünyaya və üçü də axirətə şamil olur. Dünyaya aid olanlar abırsızlıq, fəqirlik və ömrün qısalması, axirətə aid olanlarsa Allahın qəzəbinə düçar olmaq, hesabın çətinliyi və əbədi olaraq cəhənnəm əzabında qalmaqdır. Kafi /5/541.
***
335–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Ey camaat, zina etməyin, (əks halda) qadınlarınız da zina edəcəkdir (hər günah etsən, ona müvafiq cəza görəcəksən). Kafi /5/554.
***
336–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Hər kəs haram yolla qadınla qol-boyun olsa, şeytanla birlikdə atəşdən olan zəncirlə bağlanıb cəhənnəmə atılacaqdır. Mən layəhzuruhul-fəqih /4/14.
***
337–Həzrəti İmam Sadiq əleyhissalam buyurur: İnsan hər hansı bir yolla (qanunsuz yolla) inzal etsə (məni, sperma xaric etsə) zina hökmündədir. Kafi /5/54.
***
338–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Məl`undur, məl`undur o kəs ki, heyvanlarla cinsi yaxınlıq edə. Kafi /2/270.
***
339–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Qadınların bir-biri ilə (cinsi ehtirasla) bir yatağa girməsi zinadır. Kənzul-ümmal /5/316. |