QADINI ZİNƏTLƏNDİRMƏKDeprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99 Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103 328–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Kişinin öz xanımına dediyi səni sevirəm sözü, heç vaxt onun qəlbindən çıxmaz. Vəsailuş-şiə /14/1.
***
329–İmam Baqir əleyhissalamdan qadınların işlətdiyi və saçlarına vurduğu qəramil haqda soruşuldu. Həzrət buyurdu: Qadınlar öz ərləri üçün bəzənə bilərlər. Kafi /5/119.
***
330–Həzrəti Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Allahın Rəsulu (s.ə.v.v.) qadının ərindən başqası üçün bəzənməsini qadağan edib. Əgər belə etsə, Allahın onu cəhənnəm atəşində yandırmağa haqqı vardır. Mən layəhzuruhul-fəqih /4/6.
***
331–İmam Sadiq əleyhissalam buyurur: Bir kəsin bizə qarşı məhəbbəti nə qədər artsa, öz ailəsiylə bir o qədər mehriban olar. Vəsailuş-şiə /14/11.
***
332–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Sizin qadınlarınızın ən yaxşısı iffətli olub, ər-arvadlıqda ərinə itaət edən, onun üçün bəzənənlərdir. Vəsailuş-şiə /20/30. |