HARAMA BAXMAMAQ



324–Mütəal Allah buyurur:  De, ey Peyğəmbər, mö`min kişilər öz baxışlarının qarşısını alsınlar və öz övrətlərini qorusunlar, bu iş onlar üçün daha pakdır. Həqiqətən Allah bəndələrin etdiyi bütün işlərə agahdır.

Nur surəsi /30.

***

325–İmam Sadiq əleyhissalam buyurur:  Naməhrəmə baxmaq şeytanın zəhərli oxlarındandır. Hər kəs onu ayrı məqsədlə deyil, əziz və cəlil olan Allaha görə tərk etsə, Allah ona şirinliyini özündə hiss edə biləcəyi bir iman verər.

Mən layəhzuruhul-fəqih /4/18.

***

326–İmam Sadiq əleyhissalam buyurur:  Gözlərin zinası naməhrəmə baxmaq, dodaqların zinası haramı öpmək və əllərin zinası naməhrəmə sürtünmək, ya bədənin sair yerinə toxunmaqdır. İstər fərc[1][1] bu əməli təsdiq etsin, istərsə etməsin. (Yə`ni baxmayaraq ki, cinsiyyət üzvüylə zina etməyib, amma gerçəkdə iffətsizlik etmişdir və cəzaya layiq görüləcəkdir.)

Kafi /5/559.

***

327–İmam Baqir əleyhissalam buyurur:  Naməhrəm qadının övrətinə baxan, din qardaşının namusuna xəyanət edən və həmçinin (vəzifəsinə görə) xalqın onun faydasına ehtiyaclı olduğu, amma onlardan rüşvət istəyənlərə Allahın Peyğəmbəri lə`nət edibdir.

Kafi /5/559.

***


[1] Fərc:  cinsiyyət üzvləri.