YAXŞI QADININ XÜSUSİYYƏTLƏRİDeprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99 Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103 311–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Qadının öz ərinə bir içim su verməsi gündüzləri oruc tutub, gecələri namaz qılmaq üçün oyaq qaldığı bir ilin ibadətindən üstündür. Vəsailuş-şiə /20/172.
***
312–Allah Rəsulu (s.ə.v.v.) buyurur: Qadın özünü (əri üçün) gözəl ətirlərlə ətirləməli, ən gözəl paltarlarını geyib, ən gözəl zinətlərlə bəzəməli və gecə-gündüz özünü onun ixtiyarında qoymalıdır. Kafi /5/508.
***
313–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Qadının cihadı ərinə yaxşı baxmasıdır. Nəhcül-bəlağə, kəlimati-qisar /494.
***
314–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Allah buyurur: Hər vaxt mö`min üçün dünya və axirət xeyrini bir yerə cəm etmək istəsəm, ona (Allahdan) qorxan qəlb, zikr edən dil, bəlada səbirli olan bədən və mö`minə olan həyat yoldaşı verərəm ki, hər vaxt baxsa onu xoşhal edər, yanında olmayan zaman özünü və malını qoruyar. Kafi /5/327.
***
315–İmam Sadiq əleyhissalam buyurur: Ərinə əziyyət edib onu kədərləndirən qadın Allah dərgahından qovulmuşdur. Əri ilə nəzakətli olub onu incitməyən, həmişə sözünə qulaq asan qadın isə necə də xoşbəxtdir. Biharul-ənvar /103/252.
***
316–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Əlbəttə, qadınlarınızın ən yaxşısı çox övladlı, qəlbi mehr-məhəbbətlə dolu, örpəkli, iffətli, ərinin qarşısında təvazökar, qohumlarının yanında əziz olanlar, eləcə də bədənini və zinətini ərinin yanında aşkar edib, naməhrəmdən gizlədən, ərinin sözünə canla-başla qulaq asıb əmrlərinə itaət edən, xəlvətdə gözəl libaslar geyib əri üçün bəzənən və özünü onun ixtiyarında qoyan qadınlardır, sadə kişilər kimi özünə baxmayanlar yox. (Biharul-ənvar /103/235.)
***
317–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Dörd şeyə yiyələnmək müsəlman kişinin xoşbəxtliyindəndir… Ləyaqətli və salehə xanım; Geniş ev; Məqsədə yetişmək üçün sür`ətlə gedən rahat minik;
|