QADIN VƏ ONUN ÖZ ƏRİNİ XOŞHAL ETMƏSİ




Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99

Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103

305–İmam Baqir əleyhissalam buyurur:  Qadınlar üçün qiyamət günündə ən böyük şəfaət edən ərlərinin razılığıdır.

Biharul-ənvar /81/345.

***

306–İmam Riza əleyhissalam Əmirəl-mö`minin Əli əleyhissalamdan rəvayət edir:  Qadınlarınızın ən yaxşısı beş xüsusiyyətə malik olanlardır.

Soruşuldu ki, ya Əli, bu beş xislət nədən ibarətdir?

Buyurdu…

Ərinə qarşı təvazökarlıq və üzü yolalıq, eləcə də bədxərclik etməyib qənaətcil olmaq;

Xoşxasiyyət, mülayimlik və mehribançılıq;

Əri ilə həmkarlıq edib razılaşmaq, işlərində ona kömək etmək;

Ərini əsəbi və ya yorğun halda gördükdə, bütün işlərini, öz istirahətini bir kənara qoyaraq onu şad edib sevindirmək;

Əri yanında olmayanda onun malını, namusunu, övladlarını, öz iffətini qorumaqda əlindən gələni əsirgəməmək.

Sonra buyurdu:  Belə qadın Allah xidmətçilərindən sayılır və Allah xadimlərinə ümidsizlik yoxdur, onlar öz istəklərinə çatacaq.



1 next