HƏYAT YOLDAŞINA EHTİRAMDeprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99 Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103 298–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Vay olsun o qadına ki, ərini narahat edib qəzəbləndirə və xoş o qadının halına ki, əri ondan razı ola. Biharul-ənvar /8/30.
***
299–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: İki arvadı olan, onların arasında özünü və malını düzgün bölüşdürməyib ədalətlə rəftar etməyən kişi, qiyamət günündə bədəninin yarısı zəncirlənmiş və o biri yarısı da düzəlməyən halda gələcək və cəhənnəmə daxil olacaqdır. Biharul-ənvar /7/214.
***
300–İmam Baqir əleyhissalam buyurur: Ailə quran hər bir şəxs öz yoldaşını əzizləyib hörmət etməlidir. Biharul-ənvar /103/224.
***
301–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Hər bir halda qadınlarla mülayim və güzəştli olun (hətta öz vəzifələrinə əməl etməsələr də). Onlarla mehriban və yaxşı danışın, mümkündür bu yolla onlar da öz vəzifələrini layiqincə yerinə yetirsinlər. Biharul-ənvar /103/323.
***
302–Musa ibni Cə`fərdən, o da öz ata-babalarından nəql etmişdir ki, Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Bəndənin Allaha imanı artdıqca qadınlara qarşı məhəbbət və atifəsi də çoxalacaqdır. Biharul-ənvar /103/228.
***
303–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Dünyadan üç şey mənim üçün sevimlidir: qadınlar, xoş iyli ətir, amma gözlərimin nuru namazdadır. (Mə`buda üz tutub Ona ibadət etmək). Biharul-ənvar /76/141. Xisal /1/189.
***
304–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Ən pis adam (maddi cəhətdən) ailəsinə çətinlik yaradanlardır. Nurul-əbsar. |