DOLANIŞIQ




Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99

Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103

287–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Allahın rəhmətindən qovulmuşdur, qovulmuşdur öz külfətini ehtiyaclı və başsız qoyan şəxslər.

Mən layəhzuruhul-fəqih /3/168.

***

288–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Arvadının bədrəftarlığına dözüb şıltaqlığına görə ona acıqlanmayan, vurmayan, pis söz deməyən, dolanışıqda onun üçün çətinlik yaratmayan, bir sözlə ondan əvəz çıxmayan və səbr edən kişi öz əcr-savabını Allahdan istəsə, mütəal Allah ona şakirlərin savabını verəcəkdir.

Mən layəhzuruhul-fəqih /4/16.

***

289–İmam Sadiq əleyhissalam buyurur:  Ailəsinin rahatlığı üçün zəhmət çəkən şəxs, Allah yolunda cihad edənlərə bənzəyir.

Kafi /5/ii. Mən la yəhzuruhul-fəqih /3/168.

***

290–İmam Sadiq əleyhissalam buyurur:  Bu günah kişiyə bəsdir ki, qadınını, uşaqlarını və nəfəqəsi boynunda olan başqa kəsləri əli boş və möhtac qoya.

Mən layəhzuruhul-fəqih /3/168.

***

291–İmam Sadiq əleyhissalam buyurur:  Öz ailə-uşaqlarının başçılığını öhdəyə götürmək kişinin xoşbəxtliklərindəndir. 

Mən layəhzuruhul-fəqih /3/168.

***

292–Mütəal Allah buyurur:  Allahı tanımağın əlamət və nişanələrindən biri budur ki, O sizin üçün öz cinsinizdən olan zövcə yaratdı ki, onlarla ünsiyyət yaradıb aram olasınız və sizinlə onların arasında mehr-məhəbbət, atifə və rəhmət qərar verdi ki, birlik, həmrə`ylik, batini və şəxsi əlaqə yaratmaqla ictimai həyatınızı tə`min edib fəsad və çətinlikləri aradan qaldırasınız.

Rum surəsi, 210-cu ayə.

***

293–Biharul-ənvar da belə nəql olunur…

Bir gün Osman ibni Məz`unun həyat yoldaşı Ümmü Sələmənin yanına gəldi. Ümmü Sələmə ona dedi:  Nə üçün ətir vurmursan, saçlarına həna, rəng qoymursan?

Osman ibni Məz`unun yoldaşı cavab verdi:  Ərim bir müddətdir ki, mənimlə yaxınlıq etmir.

Ümmü Sələmə soruşdu:  Nə üçün?



1 2 next