İMAN VƏ SƏDAQƏT SAYƏSİNDƏ AİLƏ QURMAQDeprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99 Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103 277–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Əgər dinini və əxlaqını bəyəndiyiniz bir kəs elçiliyə gəlsə, onu qəbul edib qızınızı verin. (Soruşdular…) Əgər onun nəsəbi pis olsa nə edək? Həzrət əvvəlki sözü təkrar edərək əlavə etdi: Dini və gözəl əxlaqı olduğu halda, yüksək əsil-nəsəbi olmadığına görə ona qız verməsəniz, yer üzündə böyük fitnə-fəsad baş verəcəkdir. Təhzib /7/394.
***
278–İmam Cavad əleyhissalam buyurur: Hər kəs sizə elçilik etsə, onun dinindən və düzlüyündən yəqinlik hasil etdikdən sonra ailə qurmağa razı olun. Mən la yəhzuruhul-fəqih /3/393.
***
279–Bir kişi İmam Hüseyn əleyhissalamın yanına gəlib dedi: Mənim bir qızım var, onu necə adama ərə versəm yaxşı olar? Həzrət buyurdu: Onu Allahdan qorxan bir adama ərə ver, çünki həmin şəxs qızını sevsə əzizləyəcək, amma acığı gəlsə ona əzab-əziyyət (zülm) etməyəcəkdir. Əl-müstətrəf /2/218.
***
280–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Hər kəs qızını fasiq və imansız adama ərə versə, sözsüz onunla qohumluq əlaqəsini kəsmişdir. Məhəccətul-beyza /3/94 |