MEHRİYYƏ NƏ QƏDƏR AZ OLSA BİR O QƏDƏR YAXŞIDIR




Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99

Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103

272–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Xeyir-bərəkəti daha çox olan nikah odur ki, xərci az olsun.

Kənzul-ummal /16/299.

***

273–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Mənim ümmətimin qadınlarının ən layiqlisi gözəl üzlü və mehriyyəsi az olanlardır.

Biharul-ənvar /103/236.

***

274–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Ailə qur, hətta dəmir üzüklə (mehriyyə kimi) olsa belə .

Kənzul-ümmal /16/321.

***

275–Allahın Peyğəmbəri (s.ə.v.v.) buyurur:  Hər kəs bir ovuc buğda və ya xurmanı (qarşı tərəfin razılığı ilə) mehriyyə qərar versə, onun nikahı halal və düzdür.

Kənzul-ümmal /16/321.

***

276–İmam Sadiq əleyhissalam buyurur:  Allahın Rəsulu otuz dirhəm qiyməti olan bir zirehin mehriyyəsinə Əli əleyhissalam ilə Fatiməni evləndirdi.

Vəsailuş-şiə /21/251.