AİLƏ QURMAQ-İLAHİ RƏHMƏTİN VƏ XOŞ ƏXLAQIN AÇARIDeprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99 Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103 253–Allahın Peyğəmbəri (s.ə.v.v.) buyurur: Asimanın rəhmət qapıları dörd yerdə açılır: yağış yağdıqda, övlad ata-ananın üzünə baxdıqda, Kə`bənin qapısı açıldıqda və nikah baş verdikdə. Biharul-ənvar /103/221.
***
254–Allahın Peyğəmbəri (s.ə.v.v.) buyurur: Subay oğlan və qızlarınızı evləndirin. Həqiqətən mütəal Allah onların əxlaqlarını yaxşı, ruzilərini bol, abır-şərəflərini artıq edər. Biharul-ənvar /103/222.
***
255–Allahın Peyğəmbəri (s.ə.v.v.) buyurur: Ailə qurun, qızları ərə verin, subay kişiləri evləndirin. Hər bir müsəlmanın şərəf və səadəti odur ki, qızlarını vaxtı çatdıqda ərə versin və yerbəyer etsin. Kafi /5/328.
***
256–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Allah üçün islamda nikahla abad olmuş evdən sevimli, təlaqla viran olmuş evdən pis və qəzəbli bir şey yoxdur. Kafi /5/328. |