AİLƏ QURMAQ-BÖYÜK BİR İBADƏT



244–Allahın Peyğəmbəri (s.ə.v.v.) buyurub:  Ailəli şəxsin qıldığı iki rəkət namaz, gecələri oyaq qalıb ibadət edən və gündüzləri isə oruc tutmaqla keçirən subay adamın əməlindən fəzilətlidir.

Mən layəhzuruhul-fəqih /3/380.

***

245–Allahın Peyğəmbəri (s.ə.v.v.) buyurur:  Ailəli yatmış şəxs, Allah yanında gündüzləri oruc tutub gecələri oyaq qalan subaydan üstündür.

Biharul-ənvar /103/221.

***

246–Allahın Peyğəmbəri (s.ə.v.v.) buyurur:  Ümmətimin yaxşıları evlilər, pisləri isə subaylardır.

Biharul-ənvar /103/221.

***

247–İmam Sadiq əleyhissalam buyurur:  Bir kişi atamın xidmətinə gəldi. Həzrət ondan soruşdu:  Evlisənmi?

Cavab verdi:  Yox.

Buyurdu:  Bütün dünyanı və dünyada olanları, tək gecələyim (subay qalım. Red) deyə, mənə versələr qəbul etmərəm. (Sonra buyurdu…) Evli kişinin qıldığı iki rəkət namaz, subay adamın gecələr oyaq qalıb gündüzlər oruc tutmasından fəzilətlidir.

Sonra atam ona yeddi dinar pul verib buyurdu:  Bu pulu evlənməyə sərf elə.

Biharul-ənvar /103/217.