VALİDEYNƏ YAXŞILIQ




Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99

Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103

225–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Allahın razılığı valideynin razılığı, qəzəbi də valideynin qəzəbi ilədir.

Müstədrəkul-vəsail /15/176.

***

226–İmam Sadiq əleyhissalam buyurur:  Ən fəzilətli əməllər, namazın vaxtında qılınması, valideynə yaxşılıq və Allah yolunda cihad etməkdir.

Biharul-ənvar /74/85.

***

227–İmam Sadiq əleyhissalam buyurur:  Hər kəs Allah-taalanın onun ölüm anlarındakı çətinliklərini asanlaşdırmasını istəyirsə, qohum-əqrəbası ilə sıx əlaqədə olsun, valideyninə yaxşılıq eləsin. Əgər belə edərsə, Allah-taala o şəxsin ölüm anlarını asanlaşdırar və həyatında heç vaxt fəqirliklə qarşılaşmaz.

Səfinətul-bihar /2/553.

***

228–İmam Sadiq əleyhissalam buyurur:  Hər kəs valideynlərinə, hətta onlar zülm etmiş olsalar belə, qəzəblə baxsa, Allah-taala onun heç bir namazını qəbul etməz.

Kafi /2/349.

***

229–İmam Sadiq əleyhissalam buyurur:  Öz valideynlərinizə yaxşılıq edin ki, övladlarınız da sizə yaxşılıq etsinlər camaatın namusuna toxunmayın ki, sizin də qadınlarınız iffətli olsunlar.

Kafi /5/554.

***

230–İmam Sadiq əleyhissalam buyurur:  Bir kəs Peyğəmbərdən valideyninə yaxşılıq etmək barəsində soruşdu. Həzrət buyurdu:  Anana yaxşılıq et, anana yaxşılıq et, anana yaxşılıq et. Atana yaxşılıq et, atana yaxşılıq et, atana yaxşılıq et... (Həzrət ananı atadan qabaq qeyd etdi).

Kafi /2/162.