QOHUM-ƏQRƏBAYA BAŞ ÇƏKMƏK



221–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Hər kəs ruzisinin bol, ömrünün uzun olmasını istəyirsə, gərək öz qohum-əqrəbası ilə gediş-gəliş etsin (onlara baş çəksin, çatışmamazlıqlarını, çətinliklərini həll etsin).

Biharul-ənvar /74/89.

***

222–İmam Riza əleyhissalam buyurur:  Mal-dövlət yığmaq yalnız beş xüsusiyyətlə mümkündür:  Həddindən artıq paxıllıq, uzun-uzadı arzu, çox hərislik, qohum-əqrəba ilə qohumluq əlaqəsini kəsmək və dünyanı axirətdən üstün tutmaq. (Yə`ni bir şəxs paxıl, həris olmadığı, uzun-uzadı arzu etmədiyi, öz yoxsul qohum-əqrəbalarına baş çəkmədiyi və axirətini dünyadan üstün tutmadığı bir halda varlı ola bilməz).

Biharul-ənvar /73/138.

***

223–İmam Baqir əleyhissalam buyurur:  Sileyi-rəhim və qohum-əqrəba ilə əlaqələrin davam etdirilməsi, əməlləri xalis edər, mal-dövləti çoxaldar, bəlanı uzaqlaşdırar, hesab-kitabı asan edər və ömrü uzadar.

Kafi /2/150.

***

224–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Üç tayfa cənnətə daxil olmaz:  Şərab içən, cadugər və qohum-əqrəbası ilə əlaqələrini kəsən.

Xisal /179.