PİS DOST



196–İmam Sadiq əleyhissalam buyurur:  Hər kəs Allah dostlarının barəsində nalayiq danışan bir şəxsin yanında otursa, şübhəsiz Allah-taalaya qarşı günah etmişdir.

Kafi /2/379.

***

197–İmam Sadiq əleyhissalam buyurur:  Kaş bir şəxsin günah etməsindən xəbərdar olduqda onun yanına gedib deyərdiniz:  Ey filankəs, ya bu günahdan, ya da məndən əl çək. Əgər sənin sözlərinə qulaq asmasa, ondan ayrılın.

Vəsailuş-şiə /16/146.

***

198–Məhəmməd ibni Müslüm İmam Sadiq əleyhissalamdan, o da öz atasından belə rəvayət edib:  Atam Əli ibni Hüseyn əleyhissalam mənə dedi:  Ey oğul, beş cür insanlarla yoldaşlıq etmə, onlarla danışma və onlarla yol getmə.

İmam Baqir əleyhissalam soruşdu:  Atacan, onlar kimlərdir, buyurun.

Həzrət buyurdu…

Yalançılarla yoldaşlıq etmə, çünki onlar ilğım kimidir, yaxını uzaq, uzağı isə yaxın göstərər.

Fasiq (günahkar) şəxslərlə yoldaşlıq etmə, çünki onlar səni bir tikə çörəyə, yaxud ondan da az qiymətə satar.

Paxıllarla yoldaş olma, çünki ehtiyaclı olduğun vaxtda səni maldan məhrum edər.

Axmaq şəxslərlə yoldaş olma, çünki o sənə xeyir çatdırmaq istəyər, amma nadanlıq ucbatından zərər yetirər.

Qohum-əqrəbası ilə əlaqələrini kəsən bir şəxslə yoldaşlıq etmə, çünki mən Allahın kitabında onu üç yerdə lə`nətlənmiş gördüm.



1 2 next