QEYBƏT VƏ EYB AXTARMAQDeprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99 Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103 177–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Qeybət, insanın dinini puç etməkdə, onun bədənində olan xora xəstəliyindən daha güclüdür. Kafi /2/357.
***
178–İmam Əli əleyhissalam buyurur: Qeybəti eşidən qeybət edən qədər günah qazanar. Ğürərul-hikəm /307.
***
179–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Qeybəti tərk etmək Allah yanında on min rəkət müstəhəb namaz qılmaqdan daha əzizdir. Biharul-ənvar /75/261.
***
180–Əbdül-mö`min Ənsari deyir: İmam Musa ibni Cə`fər əleyhissalamın yanına getdim. Məhəmməd ibni Əbdüllah Cə`fəri də onun yanında idi. Mən ona təbəssüm etdim. O dedi: Onu sevirsənmi? Dedim: Bəli, mən onu yalnız sizin razılığınız üçün sevirəm. Buyurdu: O, sənin qardaşındır, mö`min mö`minin ata-anası bir olan doğma qardaşı kimidir, baxmayaraq ki, ayrı-ayrı valideynlərin övladlarıdır. Öz din qardaşını müttəhim edən kəs məl`undur. Mö`min qardaşını aldadan hər kəs məl`undur; öz mö`min qardaşına nəsihət verməyən kəs məl`undur, mö`min qardaşının qeybətini edən şəxs də məl`undur. Biharul-ənvar /75/262.
***
181–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Ən pis adam odur ki, camaatın eyblərini axtarsın, amma öz eyblərini görməsin. Təraiful-hikəm /176.
***
182–İmam Musa ibni Cə`fər buyurur: Mö`min qardaşının qeybətini edən şəxs məl`undur. Biharul-ənvar /75/262.
***
183–Ənəs ibni Malik deyir: Rəsuli-əkrəm (s.ə.v.v.) buyurdu: Məndən altı şeyi qəbul edin, cənnət üçün sizə zamin olum… 1. Danışanda (hədis deyəndə) yalan deməyin; 2. Verdiyiniz və`dələrə xilaf çıxmayın; 3. Əgər sizə əmanət versələr, ona xəyanət etməyin;
|