DİL VƏ ONUN BƏLALARI




Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99

Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103

172–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Dilin fitnə-fəsadı qılınc zərbəsinin yaratdığı fəsaddan daha kəskindir.

Biharul-ənvar /71/286.

***

173–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Heç bir şey dil qədər həbs olunmağa daha layiq deyildir (çünki günahların əksəriyyəti dilin vasitəsi ilə baş verir:  Qeybət, yalan, töhmət, məsxərə, dil yarası və sair).

Biharul-ənvar /71/177.

***

174–İmam Əli əleyhissalam buyurur:  Fikirləş sonra danış ki, azğınlıqlardan amanda qalasan.

Ğürərul-hikəm /228.

***

175–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  İnsanın fəlakəti üç şeydədir:  qarnında, şəhvətində və dilində. (Acgözlük, cinsi düşkünlük və boşboğazlıq. Red.)

Vəqayeul-əyyam /297.

***

176–İmam Baqir əleyhissalam buyurur:  İnsan dilini nəzarət altında saxlamasa, günahdan amanda qala bilməz.

Biharul-ənvar /78/178.