ƏMR BE MƏ`RUF VƏ NƏHY ƏZ MÜNKƏRDeprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99 Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103 156–Allah-taala buyurur: Sizin aranızda bir dəstə olmalıdır ki, camaatı yaxşılıqlara də`vət edib, pis işlərdən çəkindirsin. Bunlar nicat tapanlardır. Ali-İmran surəsi, 104-cü ayə.
***
157–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Mənim ümmətim əmr be mə`ruf və nəhy əz münkərdə səhlənkarlıq edib bu mühüm vəzifəni yerinə yetirməyi bir-birinə həvalə etsələr, bilsinlər ki, Allah ilə müharibəyə qalxmışlar. Biharul-ənvar /100/92.
***
158–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Hər kəs qəlbi, dili və ya əli ilə nalayiq və pis işlərdən çəkindirməyi tərk etsə, diri insanlar arasında gəzən ölüdür. Biharul-ənvar /100/94
***
159–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Bir müsəlmanı haram işdən çəkindirməyin mükafatı, Allah yanında yetmiş qəbul olunmuş həcdən daha üstündür. Müstədrəku-vəsailiş-şiə /11/278.
***
160–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Yaxşı işlərə əmr et və özün də yaxşı iş görənlərdən ol, pis işlərdən əlinlə və dilinlə çəkindir və çalış, onu görən şəxslərə qoşulmayasan. Allah yolunda var gücünlə, ləyaqətlə mübarizə et, Allah barəsində tə`nə vuranların yaramaz sözləri səni mütəəssir etməsin. Nəhcül-bəlağə /392, 31-ci məktub.
***
161–İmam Baqir əleyhissalam buyurur: Həqiqətən yaxşı işlərə çağırış və pis işlərin qarşısını almaq peyğəmbərlərin, saleh şəxslərin yoludur. Bu əzəmətli bir vacib əməldir ki, onunla vacib işlər bərqərar olunar, sair e`tiqad üsulları amanda qalar, onun vasitəsilə kəsblər, qazanclar halallıq tapar, zülmlər aradan gedər və yer üzü ədalətlə abad olar. Kafi /5/56.
***
162–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Dinin və şəriətin davam gətirməsi əmr be mə`ruf, nəhy əz münkər və ilahi hədlərin tətbiq olunması ilədir. Ğürərul-hikəm /136.
***
163–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Hər kəs yaramaz bir iş baş verdiyini görən zaman bacarırsa əli ilə onun qarşısını almalı və əgər bacarmırsa dili ilə bu işə mane olmalı və əgər buna da qadir deyilsə qəlbən e`tirazını bildirməlidir. Vəsailuş-şiə /16/135.
***
164–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Əmr be mə`ruf və nəhy əz münkər işini yerinə yetirən şəxs Allahın və Onun Rəsulunun yer üzündəki xəlifəsidir. Müstədrəkul-vəsail /12/179.
***
165–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Nə qədər ki, mənim ümmətim əmr be mə`ruf, nəhy əz münkər edib yaxşı və təqvalı işlərdə əlbir olsalar səadətdə və xoşbəxtlikdə yaşayacaqlar. Amma əgər bu işləri tərk etsələr xeyir-bərəkət aralarından gedər.
|