SALAM



152–Rəsuli-əkrəm (s.ə.v.v) buyurur:  Bir-birinizlə qarşılaşanda salamlaşıb görüşün və bir-birinizdən ayrılanda isə bağışlanmaq istəməklə ayrılın.

Biharul-ənvar /76/4.

***

153–Hüseyn ibni Əli əleyhissalam buyurur:  Salam üçün yetmiş savab vardır, altmış doqquzu salam verənin, biri isə salam alanındır.

Biharul-ənvar /78/120.

***

154–İmam Sadiq əleyhissalam buyurur:  Rəsuli-əkrəm Əbdül Müttəlib övladlarını bir yerə yığıb buyurdu:  Ey Əbdül Müttəlib övladları! Salamı aşkar edin, qohum-əqrəbanızla qohumluq əlaqələri bərqərar edin, camaat yatmış olduğu halda gecə namazı qılın, (aclara) təam verin, danışığınızı gözəl edin ki, behiştə sağlamlıqla daxil olasınız.

Biharul-ənvar /69/393.

***

155–İmam Sadiq əleyhissalam buyurur:  Salamı birinci verən Allah və Onun Rəsulunun yanında ən əziz şəxsdir.

Vəsailuş-şiə /12/55.