MÜSƏLMAN QARDAŞIN HÜQUQLARIDeprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99 Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103 143–Peyğəmbər (s.ə.v.v.) buyurur: Hər kəs bir mö`mini qəm-qüssəli etsə və sonra ona dünyanı əta etsə, bu onun əvəzi (günahının kəffarəsi) ola bilməz və belə bəxşişə heç bir savab verilməz (amma əgər tövbə edib o şəxsi razı salsa, bağışlanar). Biharul-ənvar /75/150.
***
144–İmam Kazim əleyhissalam buyurur: Din qardaşının haqlarından biri də budur ki, sən dünya və axirət faydalarından heç bir şeyi ondan gizlətməyəsən. Biharul-ənvar /2/75.
***
145–İmam Həsən əleyhissalam buyurur: Camaatın səninlə necə (gözəl) rəftar etmələrini istəyirsənsə, sən də camaatla o cür rəftar et. Biharul-ənvar /78/116.
***
146–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Allah rəhmət etsin o kəsə ki, haqqı dirçəldər, batili aradan aparar, zülmü qəbul etməz və ədaləti bərqərar edər. Ğürərul-hikəm /181.
***
147–İmam Sadiq əleyhissalam buyurur: Dörd şey peyğəmbərlərin əxlaqındandır: Yaxşılıq, səxavət, xoşagəlməz hadisələrdə səbr etmək, mö`minin haqqını yerinə yetirmək üçün tədbir görmək. Tuhəful-üqul /277.
***
148–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Ümmətin ümumi təbəqəsi dinin dayağı, müsəlmanların birlik səbəbi və din düşmənləri ilə döyüşmək üçün təchiz olunmuşlardır. Buna görə də gərək onlara səfa-səmimiyyət və məhəbbət göstərəsən. Nəhcül-bəlağə, /53/429-cu məktub.
***
149–İmam Sadiq əleyhissalam buyurur: Allah-taalaya mö`min şəxsin haqqını əda etməkdən fəzilətli bir yolla ibadət olunmaz. Kafi /2/170.
***
150–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Hər kəs mö`min bir şəxsə əziyyət versə, şübhəsiz mənə əziyyət vermişdir. Biharul-ənvar /67/72.
***
151–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Hər kəs mö`min bir şəxsin malını nahaq yerə qəsb etsə, tövbə etməyib, malı sahibinə qaytarmayınca, Allah-taala ondan razı olmaz, gözəl və saleh əməllərini qəbul etməz və onları yaxşı əməllərdən saymaz. Müstədrəkul-vəsail /17/79.
|