ƏDALƏTSİZLİK VƏ ZÜLM



138–Peyğəmbər (s.ə.v.v.) buyurur:  Qiyamət günü nida edən mələk səslənər:  Haradadır zülmkarlar və onların köməkçiləri, onlara (kağız)-qələm hazırlayanlar, onların kisələrini möhkəm bağlayanlar və ya onların qələmlərinə mürəkkəb əldə edənlər? Bunların hamısını onlarla (zalımlarla) birlikdə həşrə gətirin.

Səvabul-ə`mal /309.

***

139–İmam Əli əleyhissalam buyurur:  Allaha and olsun, əgər dünyanı və dünyada mövcud olanları, qarışqanın ağzından bir arpa dənəsinin qabağını zülmlə alaraq Pərvərdigarıma günah edim deyə, mənə versələr, heç vaxt bu işi görmərəm (və Pərvərdigarıma bu qədər də günah etmərəm).

Nəhcül-bəlağə /347.

***

140–İmam Məhəmməd Baqir əleyhissalam buyurur:  Zülm üç növdür:  (Birincisi) o zülmlərdir ki, izzət və cəlal sahibi olan Allah onu bağışlayar. (İkincisi) o zülmlərdir ki, Pərvərdigar onu bağışlamaz. (Üçüncüsü isə) o zülmlərdir ki, Allah-taala onu (digərlərinə) saxlayar. Pərvərdigarın bağışlamayacağı zülm izzət və cəlal sahibi olan Allaha (hər hansı bir şeyi) şərik qərar verməkdir. Allah-taalanın bağışlayacağı zülmlər isə bəndələrlə Pərvərdigar arasında, onların öz nəfslərinə etdikləri zülmlərdir. Amma Allah-taalanın (digərlərinə) saxlayacağı və (göz yummayacağı) zülmlərə gəldikdə isə, o, insanların bir-birinin hüquqlarının pozamsından ibarətdir.

Kafi /2/330.

***

141–İmam Əli əleyhissalam buyurur:  Zülm ayaqları sürüşdürər, ne`mətləri əldən alar və ümmətləri məhvə doğru çəkər.

Ğürərul-hikəmin təsnifi /456.

***

142–Əli əleyhissalam buyurur:  Bilmək lazımdır ki, heç bir şey ilahi ne`mətləri aradan aparmaqda, bəla və əzabların (artmasında) sür`ətində zülmkarlıq qədər tə`sirli ola bilməz.

Nəhcül-bəlağə, 53-cü məktub.