SALEH ƏMƏLLƏRDeprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99 Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103 133–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: İki nəfər arasında barışıq yaratmaq insanın bütün oruc-namazlarından daha üstündür. Biharul-ənvar /76-43.
***
134–İmam Əli əleyhissalam buyurur: Hər kəs səndən xeyir umursa, onu ümidsiz etmə. Nəhcül-bəlağə /511.
***
135–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Başqalarını yaxşı işlər görməyə sövq edib yol göstərən şəxs o yaxşı iş görən qədər savab alar. Biharul-ənvar /96/119.
***
136–İmam Sadiq əleyhissalam buyurur: Altı xislət vardır ki, mö`min öləndən sonra ondan faydalanar: 1. Onun üçün Allahdan bağışlanmaq istəyən saleh övlad, 2. Özündən sonra oxunan Qur`an, 3. Camaatın istifadəsi üçün qazılan quyu, 4. Əkdiyi ağac, 5. Ehsan üçün cari etdiyi su, 6. Özündən sonra camaatın əməl etdiyi gözəl sünnət. Xisal /323.
***
137–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Əgər ümmətim üçün çətin olmasaydı, hər namaz vaxtı dişləri yumağı vacib edərdim. Biharul-ənvar /76/126. |