MÖ`MİNLƏRİN HEYSİYYƏTİNİ QORUMAQDeprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99 Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103 128–İmam Baqir əleyhissalam buyurur: Mö`minin başqa mö`min üzərindəki vacib haqlarından biri budur ki, onun (hətta) yetmiş böyük günahını gizlətsin. Biharul-ənvar /74/301.
***
129–İmam Əli əleyhissalam buyurur: Müsəlman qardaşının üzrünü qəbul et. Əgər onun üzrü olmasa, sən özün onun üçün üzr düzəlt! Biharul-ənvar /74/165.
***
130–İmam Əli əleyhissalam buyurur: Xəyanətlərin ən qəbahətlisi müsəlman şəxsin gizli sirlərini faş etməkdir. Müstədrəkul-vəsail /12/305, N.14155.
***
131–İmam Əli əleyhissalam buyurur: Xəta etmiş şəxsə camaat arasında nəsihət vermək, həqiqətdə onun şəxsiyyətini alçaltmaqdır. (Gərək gizlində nəsihət verilsin.) Ğürərul-hikəm /322.
***
132–İmam Sadiq əleyhissalam buyurur: Allah dərgahında ən sevimli əməllərdən biri mö`mini sevindirmək, ac olarsa onu doyurmaq, qəm-qüssəsini dağıtmaq və borcunu ödəməkdir. Kafi /2/192. |