QİYAMƏTİ XATIRLAMAQ



118–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  İsa əleyhissalamın səhabələri dedilər:  Ey Ruhullah, kiminlə oturub-duraq? Buyurdu:  O kəslə oturub-durun ki, onu görmək sizə Allahı xatırlatsın, danışığı sizin elminizi artırsın, əməlləri sizi axirətə rəğbətləndirsin.

Biharul-ənvar /1/203.

***

119–İmam Əli əleyhissalam buyurur:  Əsla heç bir şey səni axirət dünyası üçün əməl etməkdən saxlamasın. Çünki fürsət çox azdır...

Ğürərul-hikəm /335.

***

120–İmam Əli əleyhissalam buyurur:  Hər kəs axirətini dünyasına satsa, hər ikisini əldən verər.

Ğürərul-hikəm /274.

***

121–İmam Əliyyibni Məhəmməd Hadi əleyhissalam buyurur:  Öz əhli-əyalın qarşısında öləcəyin və səni ölümdən xilas edəcək bir təbibin, sənə kömək edəcək bir dostun olmayacağı günü yada sal, xatırla!...

Biharul-ənvar /78/370.