ƏZƏMƏTLİ İSLAM PEYĞƏMBƏRİ (6)



Rəftarla olan şəhadət də iki şəkildə ola bilər:

1.Möcüzə: Yəni Peyğəmbərlik iddiası edən şəxsin Allahla olan əlaqəsini göstərən bir iş. Elə buna görədir ki, Qurani- kərim bu qeyri adi işi, "Ayə" və "Bəyyinə" adlandırır. Əsanın atılıb əjdahaya dönməsi və ölüləri diriltmək kimi.

Buna əsasən, Peyğəmbərlik iddiası edən hər hansı bir şəxs, Allah ilə əlaqəsini sübut etmək üçün möcüzə göstərməlidir.

2.Təqrir: Təsəvvür edin ki, bir şəxs özünü, görkəmli və məşhur bir şəxsin nümayəndəsi kimi tanıtdıra, bu zaman o məşhur və görkəmli şəxs də o məclisdə ola və heç bir üzürü və maneəsi olmadan, sakit qalaraq onun bu sözünə və iddiasına heç bir etiraz etməyə. Bu sükuta və etiraz etməməyə təqrir və ya əməli şəhadət deyilir. Bu təqrir və əməli şəhadət nümayəndəlik iddiası edən şəxsin bu iddiada sadiq və düz olmasına dəlalət edir.

Bu dediklərimizə əsasən, əgər bir şəxs özünü Allahın rəsulu tanıtdıra və öz Peyğəmbərliyini bir yolla aləmləri yaradan Xaliqin hüzurunda aşkar edə və onun nübüvvətini nəinki təkcə ümumi xalq, hətta elm sahibləri də qəbul edə, bu zaman Mütəal Allah onun bu iddiasını xalqın gözü önündə açıq şəkildə batil etməzsə, belə bir sükut, elmi şəhadət və təqrir o iddia edən şəxsin öz iddiasında sadiq olmasını bildirir.

Allah təala İslam peyğəmbərinin peyğəmbərliyinə şəhadət vermək üçün hansı yolu seçmişdir?

İndi ki, Alahın şəhadət verməsi məfhumu aydın oldu, lazımdır ki, gərək Allah təala İslam peyğəmbərinin nübüvvətini təsdiq etmək üçün hansı yollardan istifadə etmişdir.

İslam Peyğəmbərinin rəftarlarına nəzər salaraq məlum olur ki, Mütəal Allah o Peyğəmbərin haqq olmasını hər dörd yol ilə təsdiq etmişdir. Və bu yollarla onun Peyğəmbərliyinə şəhadət vermişdir.

 



[1] - Maidə surəsi, ayə 111



back 1 2