ƏZƏMƏTLİ İSLAM PEYĞƏMBƏRİ (5)



İmam Baqir (ə): Bu ayənin barəsində "De: "Şahidlik baxımından nə daha böyükdür? Mənimlə sizin aranızda Allah şahiddir. Bu Quran mənə sizi və ona (gələcəkdə) yetişəcək kimsələri (qiyamətə qədər) xəbərdarlıq edib qorxutmağım üçün vəhy olundu. Məgər siz Allahla yanaşı başqa tanrılar olduğuna şahidlik edirsiniz?" De "O, tək bir Tanrıdır. Mən sizin Ona şərik qoşduqlarınızdan (bütlərdən) tamamilə kənaram!"[17] belə buyurur: Peyğəmbər (s) Məkkədə öz dəvətini başlayan zaman Məkkə müşrikləri dedilər: Ey Məhəmməd! Allah səndən başqa birini tapa bilmədi ki, onu göndərsin? Biz sənin dediklərini təsdiq edən heç bir kimsə tapa bilmirik. Yəhudi və Nəsranilərdən sənin barəndə soruşduq; amma onlar dedilər ki, onların kitabında səndən heç bir yad edilməyibdir. Bəs elə bir kəsi bizə göstər ki, sənin Allahın rəsulu olmağına şəhadət versin.

Allahın Peyğəmbəri buyurdu: "Allah mənimlə sizin aranızda şahiddir.[18]

Əlmənaqib, ibn Şəhraşub: Məkkə əhalisi Peyğəmbərin (s) yanına gəlib dedilər: Allah səndən başqa bir rəsul tapmadı? Biz sənin sözlərini təsdiq edən heç bir kimsəni görmürük. Yəhudi və Nəsranilərdən də sənin barəndə soruşduq. Onlar öz kitablarında sənin adından heç bir əsər- əlamət olmadığını bildirdilər. Bəs bizə sənin Alahın rəsulu olduğuna şəhadət verən bir şəxsi göstər.

Bu zaman bu ayə nazil oldu: "De: "Şahidlik baxımından nə daha böyükdür? Mənimlə sizin aranızda Allah şahiddir. Bu Quran mənə sizi və ona (gələcəkdə) yetişəcək kimsələri (qiyamətə qədər) xəbərdarlıq edib qorxutmağım üçün vəhy olundu. Məgər siz Allahla yanaşı başqa tanrılar olduğuna şahidlik edirsiniz?" De "O, tək bir Tanrıdır. Mən sizin Ona şərik qoşduqlarınızdan (bütlərdən) tamamilə kənaram!"[19]

Sonra yenədə Məkkəlilər dedilər:

Mütəal Allah Əbutalibin yetimindən başqasını tapa bilmədi ki, xalqa göndərsin?

Bu zaman bu ayə nazil oldu:

"İçərilərindən bir adama: "İnsanları (Allahın əzabı ilə) qorxut, iman gətirənləri (yaxşı əməllərinə görə) Rəbbi yanında gözəl mükafat gözlədiyi ilə müjdələ!" - deyə vəhy etməyimiz xalqa təəccüblü gəldimi ki, kafirlər: "Bu, həqiqətən, açıq-aşkar bir sehrbazdır!" dedilər.[20]

 



[1] - Nisa surəsi, ayə 166



back 1 2 3 4 5 6 next