XİLQƏTİN GÖVHƏRİ (10)Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99 Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103 İMAM MƏHDİ (Ə) BAŞQALARININ NƏZƏRİNDƏ
İmam Məhdi (ə), onun dünya səviyyəli qiyam və inqilabı ilə əlaqədar məsələlər təkcə şiə kitablarında deyil, sair islami firqələrin e`tiqad mənbələrində də bəyan olunmuş və onun barəsində geniş səviyyəli bəhslər aparılmışdır. Onlar da Peyğəmbəri Əkrəmin pak əhli beytindən və Həzrəti Fatimeyi Zəhra əleyha səlamın övladlarından olan[1] həzrəti Məhdinin varlığına e`tiqad bəsləyirlər. Sünnilərin Həzrəti Məhdi (ə)-ın varlığına nə dərəcədə e`tiqad bəsləmələrini bilmək üçün onların böyük alimlərinin elmi əsərlərinə müraciət etmək lazımdır. Çoxlu sünni təfsirçiləri öz kitablarında aşkar şəkildə demişlər ki, Qur`an ayələrindən bə`ziləri Məhdinin axirəz-zamanda zühur etməsinə işarə edir. O cümlədən, Fəxr Razinin[2] və Qurtəbinin[3] kitablarını qeyd etmək olar. Həmçinin, sünnilərin əksər mühəddisləri İmam Məhdi ilə əlaqədar rəvayətləri öz kitabları cəm etmişlər ki, onların arasında sünnilərin ən mö`təbər kitabları da gözə dəyir. O cümlədən Sihahi-sittə, Müsnədi Əhməd kitablarını qeyd etmək olar ki, Hənəfin məzhəbini başçısıdır[4] Sünni alimlərindən bə`ziləri də həm keçmişdə, həm də hal-hazırda İmam Məhdi (ə)-la əlaqədar müstəqil kitablar yazmışlar. O cümlədən Əbunəim İsfəhani «Ərbəin» məcmuəsində (40 hədis), Suyuti Əl-Urfil Vərdi fi əxbaril-Məhdi» kitabında qeyd etmişdir. Qeyd etmək lazımdır ki, sünni alimlərindən bə`ziləri Məhdilik əqidəsini müdafiə etmək və bu əqidənin inkarçılarını rədd etmək məqsədi ilə kitab və məqalələr yazmış, elmi bəyanlarla, rəvayət şahidləri ilə İmam Məhdi (ə)-ın hadisəsini qəti və inkarolunmaz hadisələr sırasında qeyd etmişlər. O cümlədən Məhəmməd Siddiq Məğribini qeyd etmək olar ki, İbni Xəldunun yazdığı kitaba rədd cavabı yazmış və onu çox kəskin şəkildə tənqid etmişdir.[5] Qeyd olunan bu nümunələr sünnilərin Məhdilik barəsində tutduqları mövqeyi göstərir. Bu bölmənin axırında yüzlərlə rəvayətdən yalnız sünnilərin məşhur və e`timad etdiyi kitablarda da qeyd olunmuşdur iki rəvayəti nəql edirik ki. Peyğəmbəri Əkrəm buyurmuşdur: «Əgər dünyanın (ömründən) bir gündən artıq qalmamış olsa, hökmən Allah təala o günü o qədər uzadacaqdır ki, mənim xanədanımdan və mənimlə eyni adda olan bir kişini qiyam etdirsin[6] Başqa bir yerdə isə buyurur: «Mənim xanədanımdan adda mənimlə eyni və xilqətdə mənə oxşar olan bir şəxs qiyam edəcəkdir. O (dünyanı) zülm və sitəmlə dolduğu kimi haqq ədalətlə dolduracaqdır.»[7] Qeyd etmək lazımdır ki, axirəz-zaman zühur edərək dünyanı haqq-ədalətlə dolduracaq bir xilaskarın zühuruna e`tiqad bəsləmək dünya səviyyəli bir e`tiqaddır və bütün asimani dinlərin həqiqi ardıcılları öz dini kitabların tə`limlərinə əsaslanaraq, və`dəsi verilən bu böyük şəxsiyyətin intizarını çəkirlər. Müqəddəs kitablardan Zəbur, Tövrat, İncil, eləcə də hinduların, zərduştlərin, berahmanların kitablarında dünyanın böyük xilaskarının zühur edəcəyinə dair işarələr vardır. Əlbəttə, hər bir millət bu xilaskar üçün xüsusi bir ləqəb seçmişdir. Zərdüştlər onu «Susyaniş» (yə`ni dünyanı xilas edən), məsihilər onu və`dəsi verilən Məsih, yəhudilər onu Süruri Mikaili adı ilə tanıyırlar. Zərdüştlərin müqəddəs kitabından «Camasib namə» ibarələrini aşağıdakı kimi qeyd edirik: Ərəb peyğəmbəri axırıncı peyğəmbərdir ki, Məkkə dağları arasında peyda olacaqdır... Öz bəndələri (xidmətçiləri) ilə birlikdə yeyər, onların oturduğu kimi oturar... onun dini dinlərin ən şərəflisidir. Onun kitabı bütün asimani kitabları batil edər (və qüvvədən salar)... O Peyğəmbərin qızının övladlarından bir nəfər «dünyanın günəşi» və «Zamanın şahı» adı ilə tanınır. Yəzdanın hökmü ilə dünyada yalnız o şəxs padşah olar ki, o Peyğəmbərin axırıncı canişini olsun... Onun dövləti qiyamətə qədər davam edər...» [8]
|