Xatəmiyyət (3)



“Qoruyuruq” nə deməkdir? Yəni, məsələn kitabxanalarda qoruyuruqmu? Nüsxələrini qoruyuruqmu? Ya bunu insanların arasında olduğu kimi qoruyuruq, canlı qoruyaraq saxlayırıq. Sözsüz, bu ikincisidir, yəni Quran həmişə insanların arasında olacaqdır, demək, aradan gedən bir kitab deyildir.

Quranda bir sıra başqa ayələr vardır ki, kecmiş peyğəmbərlərin hamısınin bu peyğəmbər haqqında müjdə verən və bu peyğəmbərə müqəddimə olmalarına dəlalət edir. Biri bu ayədir:

øŒÎ)ur x‹s{r& ª!$# t,»sW‹ÏB z`¿ÍhŠÎ;¨Y9$# !$yJs9 Nà6çG÷s?#uä `ÏiB 5=»tGÅ2 7pyJõ3Ïmur ¢OèO öNà2uä!%y` ×Aqߙu‘ ×-Ïd‰|Á•B $yJÏj9 öNä3yètB £`ãYÏB÷sçGs9 ¾ÏmÎ/ ¼çm¯RãÝÁYtGs9ur 4[2]

Biz bütün peyğəmbərlərə, gələcəkdə bir peyğəmbərin gəlib kecmiş peyğəmbərləri təsdiq edəcəyini bildirərək, onlardan peyman aldıq ki, hansı zamanda sizə kitab və hikmət gəlməsindən və gələcəkdə hansı zamanda bizim sizə kitab və hikmət verməyimizdən aslı olmayaraq, gərək və hökmən gərək, indidən o peyğəmbərə iman gətirə, gərək və hökmən gərək, onun gəlmək xəbərini yaymaqla ona yardım edə və öz ümmətinizin içində ona inamı təlqin edəsiniz.قَالَ اَاَقْرَرْتُمْ , siz buna israrlısınızmı?      وَاَخَذْتُمْ عَلـٰي ذٰلِكُمْ إِصْرِى  və mənim bu məsələ barəsində peymanımı qəbul edirsizmi?(yəni hazırsınızmı bu məsələ barəsində  mənimlə əhd-peyman bağlayasınız?)  $tRö‘tø%r& (#þqä9$s%

dedilər bəli biz peyman bağladıq, 

tA$s% (#r߉pkô­$$sù O$tRr&ur Nä3yètB z`ÏiB tûïωÎg»¤±9$#

Allah buyurdu ki, onda hammınız şahid olun və mən özüm də şahidlərdən olacağam.

 

Bu qiymətli ayə ərəb qramatikası və morfoloji təhlil baxımından – Məcməul-bəyan” kitabının müəllifinin qeyd etdiyi kimi – Quranın ən cətin ayələrindəndir, misal üçün, ərəb qramatikası baxımından ayədə işlənən لما (ləmma) kəlməsinin “ma”sı ya “mosulə”dir, ya “zamaniyyə”dir, ya da “məsdəriyyə”dir; ləma oxuyaq, “lima” oxuyaq, ya ”ləmma”? Bir nəfər ”lima” oxuyubdur, hər halda, ayədə ifadə olunan ümumi məna və məqsəd qeyd etdiyimizdir və bu həmən məzmundur ki, rəvayətlərimizdə də ona çox işarə olunmuşdur.

 Onlardan biri “Nəhcul-bəlağə”də Əli əleyhis-salamın buyurduğudur: Allah peyğəmbərlərin hamısından bu peyğəmbər üçün peyman almışdur. Yəni bütün nübuvətlər və əvvəlki şəriətlər axrıncı şəriətin müqəddimə və girişidir, bütün nübuvvətlər bu nübuvvət üçün müqəddimədir, amma bu nübuvvət bütün nübuvvətlərin əsas mətnidir. Gəlmiş bütün peyğəmbər insanları Allah və qiyamətə tərəf dəvət etdikləri və insanlarda Allah və qiyamətə iman icad etdikləri kimi, axrıncı peyğəmbərin nübüvvətinəm – baxmayaraq ki, gələcəyə aid olan bir məsələ idi – iman yaratmaq vəzifəsini də daşıyırdılar. Bizim bugünki etiqadlarımızın icində bunun oxşarı, həzrət Hoccət ibn Həsənin1 zühuruna olan imanımızdır. O, Həzrətin gələcəkdə zühur etməsinə olan bu inam qiyamətə ya həzrət Rəsulun nübuvvətinə olan imandan başqa bir şeydir. Biz indidən, gərək gələcək zamanda baş verəcək bir məsələyə iman gətirək. Bütün peyğəmbərlər sonuncu peyğəmbərin zühurunun müjdə verənidirlər, şəxsən həzrət İsa barəsində Qurani- Kərim nəql edir:



back 1 2 3 next