Xatəmiyyət (3)



XATƏMIYYƏT (3)

Xatəm nə deməkdir?

Xatəm kəlməsinin lüğətdə mənası:

Ərəb lüğətində xatəm kəlməsi ilə leksik uyğunluğu olan az sayda bir necə kəlmə vardır. Misal olaraq, ‘’tabəə”, “hatəm” və bir necə başqa kəlmələri göstərmək olar. Bunların hammısı alət və vəsilə mənasını daşıyırlar. Xatəm, yəni  ma yuxtəmu bih,   tabəə, yəni ma yutbəu bih; ma yuxtəmu bih, yəni bir şey ki, onun vasitəsi ilə son qoyulur. Bu ayəni məşhur quran qariləri yeddiliyi qədimdən həm  xatimən-nəbiyyin şəklində oxumuşlar, həm xatəmən-nəbiyyin  şəklində. Təkcə Asim xatəmən-nəbiyyin  şəkilində oxumuşdur. Asimdən başqa hamı xatimən-nəbiyyin  şəkilində oxumuşdur. Onu da qeyd edək ki, bunun heç bir zərəri yoxdur ki, Quranda bir kəlməni iki şəkildə oxusunlar və hər ikisidə düzqün olsun. Əgər xatimən-nəbiyyin oxusaq, mənası aydın və sadədir: peyğəmbərlərin xətm edəni. ” Xatim”  ismdir və faillik mənasını ifadə edir. Xatimən-nəbiyyin, yəni peyğəmbərlərin son qoyanı. Amma, xatəm kəlməsi həmən mənanı və anlamı daşımaqla yanaşı, əlavə bir anlamı da ifadə edir. O, əlavə anlam budur ki, burada peyğəmbərlik misiyası və nübüvvət məsələsi sona catan bir məktuba oxşadılmışdır və o məktubun müəllifi öz möhrünü məktubunun qurtaracağına vurur və sonda o möhrün vasitəsi ilə özünü tanıtdırır. Göründüyü kimi, yenədə son qoymaq mənasındadır, amma əlavə bir anlamı da vardır. O anlam budur: bu bir möhürdür ki, onunla məktub bağlandı. Bu gün görürük ki, adət başqa cürdür, məsələn, bir dəftərin səhfəsini bağlamaq istəyən vaxta, onun aşağısında xüsusi bir tərzdə xətt cəkir və imza qoyurlar ki, kimsə, səhvən, düzəliş etməsin və bir şey ona artırmasın .  Elə ki, möhr vururlar, bu möhr iki iş görür: birincisi budur ki, məktubun müəllifini, tamamən, tanıtdırır, ikincisi budur ki, artıq məktubun  bağlandığını catdırır və məktuba son qoymaq əlamətidir. Burada Xatəm əl-Ənbiya1 barəsində bu kəlməni işlədməklə catdırmaq istəyir ki, bu bir möhrdür ki, onunla  nübuvvət məktubu, nübuvvət kitabı, nübuvvət dərsi artıq sona catdı və bu onun bağlanmaq əlamətidir, belə ki, ondan sonra hər kəs, hər ad ilə gələ və idda edə (ki, bu, o məktubun ardıdır-red) məlumdur ki, saxta və yalandır. İstəyir biz o kəlməni xatəm oxuyaq, ya da xatim, islam peyğəmbərinin peyğəmbərlərin axrıncısı olmasına dəlalət etmək baxımından heç bir fərqi yoxdur. Bu Qurandan bir ayədir ki, Xatəm əl-Ənbiyanın nübuvvəti xətm etməsinə dəlalət edir.

Quranda peyğəmbərliyin sona catmasına aid başqa ayələr də vardır, əlbəttə, o ayələrdə bu kəlmələr işlənməmişdir amma, ayələrin məzmunu bu mənanı hekayət edir. Misal üçün, bir sıra ayələr buna dəlalət edir ki, bu peyğəmbərin ümməti “orta

 ümmət“, mötədil ümmətdir, ümmətlərin ən üstünüdür: وَكَذٰلِكَ جَعَلْنَاكُمْ اُمَّةً وَسَطاً 2, kamil və mötədil ümmət, elə bir ümmət ki, ondan üstün bir ümmət daha mövcud ola bilməz. Bu özü də peyğəmbərliyin sona catmasını yetirir. Əgər bu peyğəmbərdən başqa bir peyğəmbər gəlsə, o peyğəmbər və o ümmət bu ümmətdən naqis ola bilməz ki. Əgər sonradan bir ümmət gəlmək istəsə, gərək daha kamil olsun, amma Quran buyurur ki, islam təlimləri ilə tərbiyyət olmuş islam ümmətindən daha üstün bir ümmət fərz olunmur.

 Habelə, Qurani-Məcidin özünə aid olan ayələrdə buyurulur: biz bu kitabı həmişəlik  

  hifz edəcək və qoruyacağıq:

َ[1]   $¯RÎ) ß`øtwU $uZø9¨“tR tø.Ïe%!$# $¯RÎ)ur ¼çms9 tbqÝàÏÿ»ptm:

   “Biz bu zikri , bu Quranı nazil etmişik və həmişəlik onun qoruyanııyıq.”



1 2 3 next