İSLAMIN ŞİƏ ŞƏXSİYYƏTLƏRİ (11)



6- ŞÜCAƏTLİ VƏ QƏHRƏMAN İNSAN

 

Ənəs Kərbəla səhrasında  cihad etməklə yanaşı, Əli (ə)-ın övladlarının fəzilətini təbliğ etməkdən çəkinmirdi.

Əli (ə) və onun övladlarının məhəbbəti ilə yaşayan Ənəsin damarlarında imam Hüseyn (ə)-a olan eşq qanı çox surətlə hərəkətdə idi. O sanki özünü unutmuşdu, ömrünün son dəqiqələrində qanlı müharibə meydanında öz böyük imamı Əli (ə)mı yad edir və hər dəfə o həzrətin mübarək adını dilinə gətirəndə yeni bir güc və qüvvə hiss edirdi!

Ənəs ibni Harisi Kahili

Çeviklik, fədəkarlıq, qəhrəmanlıq, mübarizə ruhu və cihad etmək hissləri insan həyatının hər dövründə tumurcuqlanır. Bu hisslər əsasən, cavanlıq yaşlarında güclənir, çünki cavanlıq elə bir dövrdür ki, bu zaman insanda sərt və kəskin hisslər zirvə nöqtəsinə yüksəlir. Cismin təkamülü və ruhun qüvvətlənməsi ilə əlaqədar olaraq cavan şəxsdə olan bu hisslər və qərizələr seçdiyi hədəfə doğru səfərbər olur. Elə bu səbəbdən dünyanın hər yerində insanları əsgərliyə və hərbi təlimlərə cavanlıq dövründə cəlb edirlər. Zəruri halları çıxmaq şərti ilə qocalardan hərbi işlərdə istifadə olunmur.

Amma bu deyənləri cəmiyyətdə olan bütün şəxslər üçün ümumi şəkildə yüzdə- yüz nəzərdə tutmaq olmaz. Yuxarıda dediklərimizi insanların böyük əksəriyyətinə aid etmək olar. Bəzən də elə şəxslərdə olur ki, mübarizə və qəhrəmanlıq hissləri onlarda həmişə oyaq qalır, ömrün keçməsi və zamanın dövranı belə şəxslərdə heç bir təsir qoymur. Belələri qocalıqlarında da cavanlar kimi öz çevikliklərini və ruh yüksəkliklərini itirmirlər. Ənəs ibni Haris belə şəxslərdən idi. Çünki o, cavanlığını mübarizə və cihad meydanlarında keçirtsə də, qocalıq yaşlarında da silahlanaraq fədakarlıq edirdi.

O islam Peyğəmbəri (s)-in əziz səhabələrindən idi, “Bədr” və “Huneyn” müharibələrində iştirak etmiş və islamı müdafiə etmək yolunda imtahandan çox gözəl çıxmışdı.

Şübhəsiz, Ənəs ibni Haris də digər müsəlmanlar kimi islam Peyğəmbəri(s)- lə bir zamanda yaşamış, o Həzrətin hüzurunda islam həqiqətlərini öyrənmişdi. Amma riçal və hədis kitablarında onun vasitəsi ilə Peyğəmbər (s)-dən çoxsaylı hadisələr nəql olunmamışdır. Riçal elminin alimləri öz kitablarında Ənəs barədə çox yığcam şəkildə məlumat veriblər. Bütün bunlara baxmayaraq, o Peyğəmbər (s)-dən bir hədis nəql etmişdir ki, bu hədislə tanış olmaqla onun imanının və fədakarlığının hansı mərhələdə olmasını dərk etmək olar.

Ənəs ibni Haris bu hədisi Peyğəmbər (s)-dən eşidəndə həyatının gediş yolu dəyişdi və müqəddaratı özünə əbədi rəng aldı.

İmam Hesyn (ə) şəhadət barədə qabaqcadan deyilən hədis

Bu hədis İmam Hüseyn (ə)-ın Kərbəla səhrasında şəhadəti barəsindədir. Ənəs deyir Peyğəmbər (s)-dən eşitdim ki, o Həzrət buyurdu: “Övladım Hüseyn (ə) Kərbəlada şəhid olunacaq, bu hadisənin şahidi olanlara kömək etmək vacibdir”.[1]

Hicrətin altmışıncı ili idi, Hüseyn ibni Əli (ə)-ın dəvəti ilə İraq camaatı Kufə şəhərinə tərəf gedirdilər, Ənəs bu xəbəri eşidən kimi Peyğəmbər (s)-in imam Hüseyn (ə)-ın şəhadəti barədə buyurduqları yadına düşdü, Ənəs bir an fikrə getdi... belə vəziyətdə adi insanlar üçün hər hansı bir qərara gəlmək çox çətindir, çünki insan ölüm və ya qalım seçimini etməklə qarşılaşıb. Amma Ənəs dərhal öz seçimini etdi, çünki o özü Peyğəmbər (s)-dən imam Hüseyn (ə) şəhadət xəbərini eşitmişdi. Sanki Peyğəmbər (s)-in buyurduğu bu sözlər: “Hər kəs Hüseyn ibni Əli (ə) qiyamının şahidi olsa, ona kömək etməlidir” sözləri indi də onun qulağında səslənirdi, deməli heç bir şəkk və şübhəyə yer qalmamışdır. Bu baxımdan Ənəs tam bəsirət və möhkəm iradə ilə özünü Hüseyn (ə)-ın qoşununa çatdırdı və o Həzrətin səhabələrinə birləşdi və qanlı Kərbəla meydanında yetmiş iki qəhrəmanın sırasında öz yerini tutdu.



1 2 next