Xatəmiyyət (2)



Bu kişi müsəlman oldu və demək olar ki, islamı qəbul edən ikinci kişi idi. Yəni Əli(ə)- dan sonra əziz peyğəmbərimiz(s)- ə iman gətirən ikinci kişi idi. Həmin Zeyd ibn Harisə əziz peyğəmbərimiz tərəfindən qulluqdan azad olunmuşdu. Bu kişinin əziz peyğəmbər(s)- ə qəribə bir iman və məhəbbəti var idi. Belə ki, ata və anası sonradan – oğullarının azad olduğunu bildikdən sonra, gəldilər ki, onu öz yanlarına aparsınlar, əziz peyğəmbərimiz də ona icazə verdi və buyurdu ki, ixtiyarın öz əlindədir, əgər ata və ananın yanına getmək istəyirsənsə, get. Amma, bu ata və ana hər qədər çalışdılar ki, qayıdsın Zeyd dedi ki, mən qayıdmıram və bu evi atmaram. Camaat bu oğlanı peyğəmbərin oğulluğu adlandırırdı. Əziz Peyğəmbər(s) özü, şəxsən, əmisi qızı Zeynəb binti Cəhşin kəbinini onun üçün kəsdi ki, bunun da özlüyündə geniş yayılmış bir əhvalatı vardır:

Əziz peyğəmbərimiz Zeynəb binti Cəhşın dalıyca elciliyə yollandı. O, əvvəl elə bilirdi ki, əziz peyğəmbər onu özü üçün istəyir, ona görə də özü və qardaşı Abdullah ibn Cəhş sevic və şadlıq icində müsbət cavab verdilər. Amma, məlumat əldə edəndən sonra ki, peyğəmbər onu özünün azad olunmuş qulu üçün istəyir, narahat və əsəbi

oldu. Dedi ki, mən elə bilirdim peyğəmbər mənim elçiliyimi özü üçün edibdir. Mən, Əbdülmuttəlibin nəvəsi, qureyşli bir qadın, gəlib azad olunmuş bir qulun arvadı olum? Bu mənim şənimə və abrıma sığışmaz . Əziz peyğəmbər(s) ona xəbər göndərdi ki, islam bu cür  təkəbbürlü fikirləri aradan aparmışdır. Zeyd mömün, müsəlman və imanlıdır, müsəlman müsəlmanın tayı, mömin möminin tayıdır, mənim nəzərimcə, sən gərək, imtina etməyəsən. Zeynəb dedi ki, əgər siz, həqiqətdə, mənim Zeydlə evlənməyimi istəyirsinizsə, mən razıyam. Həzrət buyurdu: Çox yaxşı və Peyğəmbər razı olduğuna görə Zeyd ilə evləndi.

Zeynəb əvvəldən Zeydi istəmirdi, ona görə axıra  kimi də onu sevmədi, həmişə narazılığ yaradar və pis xasiyyətlə davranardı. Zeyd əziz peyğəmbərin yanına gələrdi və şikayyət edərdi ki, Zeynəbin xasiyyəti bu cürdür, boşanmaq üçün peyğəmbərdən icazə isdəyər, peyğəmbər isə mane olardı. Bu minvalla, axırda Zeyd onun boşadı və əziz peyğəmbər onunla evləndi. Bu həmən o, əhvalatdır ki, xiristian keşişləri onun üstündə səs-küy  qaldırıblar və deyirlər ki, bəli, islam peryğəmbəri bir gün səhabələrindən birinin evinə daxil oldu. Onun evndə çox gözəl və yaraşıqlı bir həyat yoldaşı vardı. Peyğəmbər evə tələsik daxil olduğundan o qadını nəhayət gözəllikdə müşahidə etdi və sonra çölə çıxdı, amma çölə çıxanda o qadının məhəbbəti peyğəmbərin ürəyinə düşdü. Əri biləndən sonra ki, peyğəmbər o qadına aşiq olub, onu boşadi. Bunlar hamısı əfsanədir. Zeynəb peyğəmbərin əmisi qızı idi, yad bir qadın deyildi ki, peyğəmbər onu görməyə və tanımayaydı. Məkkə bir kənd və ya bir qəsəbə kimi idi. Cahiliyyət zamanında da, əsla hicab yox idi. Quran Mədinədə Nur surəsində hicab ayəsini nazil etdi: ”Mömünlərə de ki, gözlərini örtsinlər...”1

Zeynəbin uşaqlıq dövründən tutmuş həddi buluğa yetişdiyi vaxta kimi, yəni peyğəmbərin özünün ona azad olmuş qulu üçün elçiliyə getdiyi vaxta kimi, o zamanki ərəb mühütündə, adətən, az gün olardı ki, peyğəmbər öz əmisi qızını görməsin. O baxtlar peyğəmbər onun aşiqi, vurğunu olmadı, Zeynəbi ərə verdi, neçə il də ər evində qaldı və övlad da dünyaya gətirdi, ondan sonra birdən peyğəmbər onu gördü və aşiq oldu? Peyğəmbərin Zeynəblə evlənməsi bütün bəşər cəmiyyətində dərin kök salmış həmin adət və ənənənin aradan götürülməsi üçün əməllə atılan bir addım idi! Peyğəmbərin öz oğulluğunun kecmiş arvadı ilə evlənməsi cəhalət dövrünün ərəbləri üçün çox qəbul edilməz bir əməl idi. Peyğəmbərin Zeynəblə evlənməsi camaatın nəzərində qəbul edilməz bir iş idi, amma bu keşişlərin axır zamanlar özlərindən quraşdırdıqları sözə görə deyildi, buna görə idi ki, camaat fikirləşirdi ki, heç ola bilərmi ki, bur adam öz “oğlu” boşadıqdan sonra, öz gəlini ilə evlənsin? Quran bu adət və ənənəni ləğv etdi. Ayənin birinci cümləsi bu həqiqətə işarədir:

$¨B tb%x. JptèC !$t/r& 7‰tnr& `ÏiB öNä3Ï9%y`Íh‘

“Məhəmməd (s) sizin kişilərdən heç birinin atası deyildir.” Bu sözlər nədir danışırsınız? O, təkcə öz övladlarının atasıdır, nə yad bir kişinin atası, onu belə tanımayın və bu adla çağırmayın, onu Zeyidin atası deyərək səsləməyin və Zeyidi də Rəsulullahın oğlu deyərək səsləməyin, onu Allahın rəsulu və peyğəmbərlərin sonuncusu kimi tanıyın. Əlbəttə, bütün peyğəmbərlər Allahın peyğəmbəri idilər, amma onun özünəməxsus və fərqli bir xüsusiyyəti vardır, o, xatəmən-nəbiyyindir, bütün peyğəmbərlərin xatəmidir.

Xatəm nə deməkdir?

 



1 –Əhzab surəsi, ayə40.

2- Bunlara dinin zərurətləri deyilir.

1 –Nur surəsi,ayə30



back 1 2 3