Xatəmiyyət (2)



Xatəmiyyət Quranda

Oxuduğum ayə mübarək Əhzab surəsindədir,buyurur:

$¨B tb%x. JptèC !$t/r& 7‰tnr& `ÏiB öNä3Ï9%y`Íh‘ `Å3»s9ur tAqߙ§‘ «!$# zOs?$yzur z`¿ÍhŠÎ;¨Y9$#

Məhəmməd sizin kişilərdən heç kəsin atası deyildir, yəni heç kəsin atalıgı deyildir. Onu bu xususiyyətlə çagırmayın. O, xüsusiyyət ki, siz onu, gərək o, xüsusiyyətlə çağıra, tanıyasınız, budur ki, o, Allahın elçisi və peyğəmbərlərin sonuncusudur.

Mümkündür soruşasınız ki, o əvvəlki cümlənin mənası nədir? “Məhəmməd sizin kişilərdən heç kəsin atası deyil, heç kəsin atalığı deyil.” Bu nəyi inkar edir?

Həqıqətdə, bu ayə o zamanki ərəb dünyası və başqa millətlər, hətta öz iranlılarımızın arasında olan köhnə bir adəti ləğv etmək idi. O, adət bundan ibarət idi ki, bir nəfər başqa bir nəfəri oğulluğa götürər və onu özünə oğul hesab edərdi. O, zamanın adət və ənənəsınə görə bir nəfər başqa bir nəfəri oğulluğa götqrəndən sonra, ehkam və nəticə etibarı ilə, eynən öz oğlu kimi olurdu, yəni necə ki, əgər ölsəydı öz oğlu ondan irs aparardı, bu oğulluğu da ondan irs aparırdı, necə ki, məsələn öz oğlunun həyat yoldaşı onun gəlini hesab olunurdu, ona məhrəm hesab olunurdu və hətta oğlu onu boşayandan sonra da gəlinin kəbinin özünə kəsə bilməzdi, bu oğulluğun həyat yoldaşı da belə idi. Ərəbistanda bu adət geniş yayılmışdı. Ərəbistandan başqa yerlərdə, 

xüsusən, İranda daha mürəkkəb və geniş bir şəkildə yayılmışdı. İslam bu qanunu

 ləğv edib, elan etdi: Oğulluğa götürmək heç bir təsir güçünə malik deyildir, nə o oğul bu atadan irs aparır, nə də bu ata o oğuldan irs aparır. Nə o oğul, məsələn bu atanın həyat yoldaşı və qızlarına məhrəm olur, nə də o oğulun həyat yoldaşı, oğlun həyat yoldaşı ola-ola, o ataya məhrəm olur. Belə söhbət yoxdur.

İslamdan qabaq Zeyd ibn Harisə adlı bir kişi Xədicənin qulamı idi. Xədicə onu əziz

peyğəmbərimizə bagışladı və əziz peygəmbərimiz onu azad etdi. Zeyd ibn Harisə böyük bir şəxsiyyət idi. İslam dövründə də bu insan şərafət və fəzilətlər əldə etdi və Mutə döyüşündə cənab Cəfər ibn Əbu Talib ilə birlikdə şəhid oldu.



back 1 2 3 next