Xatəmiyyət (2)



Xatəmiyyət (2)

Xatəmiyyət

Quran və hədisdə

بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيمِ

الْحَمْدُ للهِ رَبِّ الْعَالَمِين...َآعوذ بالله من الشيطان الرجيم

مَّا كَانَ مُحَمَّدٌ اَبَا اَحَدٍ مِّن رِّجَالِكُمْ وَلَكِن رَّسُولَ اللهِ وَخَاتَمَ النَّبِيِّين1َ

Axrıncı peyğəmbərə (Allahın salamı olsun ona və onun pak övladlarına) “Peyğəmbərlərin sonuncusu” ləqəbi Qurani-Kərimin özü tərəfindən verilmişdir. Qurani-Kərim onu xatəmən-nəbiyyin (peygəmbərlərin sonuncusu- tərcüməçidən.) adlandırmışdır. Bu məsələyə müsəlmanlardan bir nəfərin də belə etirazı yoxdur. Mümkün deyildir ki, bir müsəlman üçün bu məsələ ortaya çıxsın ki, görəsən bizim peygəmbərdən sonra başqa bir peyğəmbər vardır ya yox? Bizim peyğəmbərdən sonra başqa bir peyğəmbərin dünyaya gəlməsini təsəvvür etmək bu peyğəmbərin peyğəmbərliyinə iman gətirməklə uyğun gəlmir. Əgər siz öz- özünüzdə bu cür təsəvvür edib, deyəsiniz ki, mən islamın əziz peyğəmbər (s)-ə iman gətirmişəm, eyni halda, hətta, əgər ehtimal həm verib deyəsiniz ki, bəlkə ondan sonra da başqa bir peyğəmbər gəlib ya başqa bir peygəmbər gələcəkdir, sizin bu”bəlkə“niz islam peyğəmbərinin peyğəmbərliyinə iman gətirməklə uygun gəlmir. O, sözün mənası budur ki, siz islam peyğəmbərinə və Qurana iman gətirməmisiniz. Həmçinin, əgər bir nəfər deyə ki, mən Qurana iman gətirmişəm, amma tövhid və Allahın varlığına inanmıram, ona deyərlər ki, sənin bu sözün ziddiyyət təşkil edir. Çünki, Quran tövhid  kitabıdır və ona iman gətirmək Allahın birliyinə iman gətirməyə bərabərdir, ya əgər bir nəfər deyə ki, mən Qurana inanıram, amma məada inanmıram, paradoksal fikir söyləmişdir, çünki Quran məada etiqadla dolu olan bir kitabdır; xatəmən-nəbiyyinin peyğəmbərliyə son qoyması məsələsi də belədir. Bundan əlavə, bu məsələ Quranın mətinində gələn inkar olunmaz faktdır. Əgər onun Quranın mətnində gələn inkar olunmaz fakt olduğunu fərz etməsək də belə, qəbul etməliyik ki, müqəddəs islam dininin hamı tərəfindən qəbul olunan aşkar məsələlərindəndir.[1] Bütün bunlara əsasən, heç vaxt heç bir müsəlman üçün bu məsələ ortaya çıxmır ki, görəsən bizim peyğəmbərdən sonra başqa bir peyğəmbər gələcəkdir ya yox?

Eyni halda, daha dərin dərk əldə etmək və imanını möhkəm dəlillər əsasında qurmaq istəyən hər bir müsəlman üçün bu məsələ ətrafında fikirləşmək yerinə düşərdi; Quranın bu fəlsəfəsi haqqında düşünsün ki, nəyə görə peyğəmbərlər dünyada zühur etdilər və dünyaya göndərildilər, müəyyən bir nöqtəyə yetişəndən sonra peyğəmbərlik xətm oldu (sona catdı- mütərcimdən)?! Quran bunu hansı dəlilə əsaslanaraq bəyan etmişdir? Əlbəttə, bunlar Quranın təlimlərindəndir və əgər insan Quranda bu barədə  zikir olunan məsələlərə agah olsa biliyi daha da artar.

İndi də bu barədə olan ayələri bir-bir sizin üçün tərcümə və müxtəsər şəkildə izah edir və xidmətinizə çatdırdığım həmən məsələləri yavaş-yavaş sizə bəyan edirəm.

 



1 2 3 next