ƏZƏMƏTLİ İSLAM PEYĞƏMBƏRİ (3)



Bu barədə Peyğəmbəri- əkrəm (s)- dən rəvayət olunur: "Elm islamın həyatı və imanın sütunudur".[5]

Amma İslamın həyatı olan və imanın sütunu olan elmin hansı elm olduğu sualının cavabı bu kitabın mətnində açıqlanacaqdır.

Mütəal Allahın hökmü

Allah Peyğəmbərinin nübüvvətini isbat etmək üçün Qurani- kərimin yolu birinci növbədə dəlil və bürhana istinad etməkdir. Əgər müqabil tərəf aşkar dəlillərin bərabərində insafsızlıq edib, haqqa təslim olmazsa, ikinci növbədə onları mübahiləyə dəvət edir. Mübahilə iki nəfərin hər biri öz iddiasını sübuta yetirmək üçün bir- birinə nifrin və qarğış etmələridir. Belə ki, onlar aralarında olan ixtilaflı məsələ barəsində bir yerə toplaşıb və Allahın dərgahında sızıldayaraq ondan istəyirlər ki, yalaçını rüsva edib, cəzalandırsın. Bu addım həqiqətdə Mütəal Allahdan onların hər birini öz iddialarında təsdiq və təkzib etmək üçün, hakimlik istəməkdir.

Mütəal Allah öz Peyğəmbərinə göstəriş verir ki, öz sədaqətini isbat etmək üçün Nəcran nəsranilərilə danışıq apararkən, onları bu tərtiblə mübahiləyə dəvət etsin.

"(İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən (məlumatdan) sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlərə de: "Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək!"[6]

Şübhəsiz Ayədə bəyan edilən şəkildə mübahiləyə dəvət etmək nübüvvət iddası edən şəxsin sədaqətindən xəbər verir; əgər bir şəxs öz iddasının düzgün olmasına yəqini olmazsa, mümkün deyil ki, öz müxaliflərini belə bir mübahiləyə çağırsın ki, gəlin Allahı hakim edək ki, yalançını rüsva etsin və siz elə bu dua məclisində Allahın hakimiyyətinin nəticəsini və yalançının cəzalanmasını görəcəksiniz!

Məlumdur ki, belə bir meydana onun nəticəsinə yəqin etmədən daxil olmaq heç bir məntiq və ağıla uyğun deyil. Çünki, əgər iddia edənin duası və istəyi cavablandırılmasa və müxalif cəzalandırılmasa, iddia edən şəxs özü rüsva olacaqdır. Bu səbəbdən məsihilərə təklif edilən mübahilə, hələ onun nəticəsini də nəzərə almasaq şübhəsiz ki, İlahi Peyğəmbərin öz risalət iddiasında olan sədaqətini bildirir.

Peyğəmbəri- əkrəm (s) tərəfindən Nəcran məsihilərinə verilən bu mübahilə təklifindən sonra, Nəcran məsihilərinin nümayəndələri bu təklifə cavab vermək üçün onlardan möhlət istədilər ki, öz böyükləri ilə bu barədə müşavirə edib məsləhət alsınlar. Onların bu müşavirə və məsləhətləşmələrinin nəticəsi psixoloji baxımdan elə bir mühüm məsələdir ki, nübüvvət iddiası edənin düz olub olmamasını bəyan edir.

Qərara gəldilər ki, mübahilə məclisində iştirak etsinlər, və görsünlər ki, Peyğəmbərin (s) mübahilə üçün gələn yoldaşları kimlərdir və o, kimləri Allah cəzasına məruz qoymağa hazırlayıbdır. Onlar özlərinə dedilər. "Əgər öz qövmü ilə bizimlə mübahiləyə gələrsə, Peyğəmbər deyil və onunla mübahilə edərik. Amma təkcə öz ailə üzvlərini bizimlə mübahilə etməyə gətirərsə, onunla mübahilə etməyəcəyik; çünki heç bir şəxs öz iddiasında düz olmazsa öz ailə özvlərini mübahiləyə gətirməz."[7]

Qabaqcadan ünvanladıqları qərargaha gəldilər. Birdən gördülər ki, Allahın Peyğəmbəri öz qızı Fatimə (s), kürəkəni Əli (ə) və iki kiçik nəvəsi ilə (Həsən (ə) və Hüseyn (ə)) mübahilə meydanına gəlibdir. Onlar İlahi Peyğəmbərin sədaqətindən xəbər verən belə bir səhnəni görərkən dəhşətə gəlib mübahilə etməkdən boyun qaçırdılar və Peyğəmbər (s)- lə sülh etmək və zimmə şərtlərinə boyun qoymağa məcbur oldular.[8]



back 1 2 3 next