ƏZƏMƏTLİ İSLAM PEYĞƏMBƏRİ (3)



ƏZƏMƏTLİ İSLAM PEYĞƏMBƏRİ (3)

Bəni İsrail alimlərinin xəbərdar olması

Quranın sonuncu Peyğəmbərin risalət və nübüvvətinə olan möhkəm dəlillərdən biri Bəni İsrail alimlərinin Quranın gələcəkdə nazil olmasından qabaqcadan agah və xəbərdar olmasıdır.

"Həqiqətən, o (Quranın nazil olacağı xəbəri, mənası və hökmləri; Peyğəmbərin vəsfi), əvvəlkilərin (keçmiş peyğəmbərlərin) kitablarından mövcuddur." "Məgər İsrail övladı alimlərinin (Quranın ilahi kitab, sənin həqiqi peyğəmbər olduğunu) bilmələri onlar (bu kafirlər) üçün bir dəlil (sübut) deyilmi? [1]

Bu ayələrin mənası budur ki, Bəni israil alimləri sonuncu Peyğəmbərin nübüvvətlik mövzusunu keçmiş ilahi Peyğəmbərlərin kitablarında görübdürlər və Peyğəmbər (s) Peyğəmbərliyə yetişdikdən qabaq onu müşriklərə bəyan ediblər, necə ki, başqa bir ayədə gəlmişdir ki, Bəni israil alimləri müşrikləri sonuncu Peyğəmbər gəldikdən sonra onlardan intiqam alacaqlarıyla təhdid edirdilər:

"Onlara Allah tərəfindən əllərindəkini (Tövratı) təsdiq edən bir kitab (Quran) göndərildiyi zaman (onu qəbul etmədilər). Halbuki əvvəlcə (Muhəmməddən qabaq) kafirlərə (ərəb müşriklərinə) qələbə çalmaq üçün ("Tövratda adı çəkilən axirüzzəman peyğəmbər gəlib bizə yardım edəydi!" - deyə Allaha) yalvarırdılar. Bildikləri (peyğəmbər) gəldikdə isə, (paxıllıq edib) ona inanmadılar. Allah kafirlərə lənət eləsin!"[2]

"Allah tərəfindən onlara əllərindəkini (Tövratı) təsdiq edən bir peyğəmbər gəldikdə kitab verilənlərdən (yəhudilərdən) bir qismi (Tövratda Muhəmməd əleyhissəlamın həqiqi peyğəmbər olduğu barədə deyilənləri) guya bilmirmiş kimi, Allahın kitabına arxa çevirdi."[3]

Məlumdur ki, Bəni İsrail alimləri müşriklərin kənarında olduğu bir mühitdə mümkün deyil ki, Quran boş yerdə belə bir iddianı irəli sürsün. Çünki, əgər bu iddia düz olmazsa hər bir tərəfdən, həm Bəni israil alimləri və həm müşriklər tərəfdən belə bir iddianın düz olmaması səs- küyü qalxacaqdır. Bu özü də bunu göstərir ki, bu mövzu Quran nazil olan zamanda o qədər aşkar imiş ki, inkar etməyə heç bir yer və heç bir bəhanə qalmamışdır.

Yəhudi və Xristian alimlərinin bu böyük Peyğəmbərin göndərilməsinə agah olmalarından əlavə onlardan bir qurup bu Peyğəmbərin səmavi kitablarda göndəriləcək müjdəsi verilən Peyğəmbər olduğuna istinad edərək Peyğəmbərin (s) zamanında ona iman gətirdilər.

Elmin şəhadəti

Quran və hədis baxımından, elmlə tövhid və nübüvvətə iman gətirmək arasında ayrılmaz bir sıx əlaqə mövcuddur. Həqiqi alim odur ki, sonuncu Peyğəmbərin risalətini və sədaqətini təsdiq etsin:

"(Kitab əhlindən Abdullah ibn Salam kimi) elm verilmiş kimsələr Rəbbindən sənə nazil edilənin (Quranın) haqq olduğunu və onun (möminlərə) yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tərifə) layiq olan Allahın yolunu göstərdiyini görürlər."[4]



1 2 3 next