XİLQƏTİN GÖVHƏRİ (9)




Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99

Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103

B) Rəvayətlər

İmam Məhdi (ə)-ın barəsində nəql olunan rəvayətlərdə çoxlu mətləb gözə dəyir. Belə ki, o həzrətin həyatının müxtəlif mərhələləri barəsində, o cümlədən təvəllüdü, uşaqlıq dövrü, kiçik və böyük qeybət dövrləri, zühurun əlamətləri, zühur dövrü və onun dünya səviyyəli hökuməti barəsində ayrı-ayrı şəkildə din rəhbərlərindən çoxlu hədislər nəql olunmuşdur. O həzrətin zahiri xüsusiyyətləri və əxlaqi səciyyələri, onun qeybət dövrünün xüsusiyyətləri, o həzrətin zühurunun intizarını çəkənlərin fəzilət və mükafatı barəsində olan hədislər dəyərli bir məcmuədir. Maraqlıdır ki, bu rəvayətlərdən çoxu həm şiə, həm sünni kitablarında nəql olunmuşdur. Məhdi (ə)-la əlaqədar nəql olunan rəvayətlər çoxluq baxımından mütəvatir həddə çatmışdı.

Qeyd etmək lazımdır ki, İmam Məhdi (ə)-ın diqqət yetiriləsi xüsusiyyətlərindən biri budur ki, bütün mə`sumlar o həzrətin barəsində gözəl kəlamlar buyurmuşlar ki, onların sözləri insana agahlıq bağışlayan bir məarif məcmuəsidir; eləcə də mə`sumlar o ədalət sərkərdəsinin inqilab və qiyamının son dərəcə əhəmiyyətini göstərmişlər. Yaxşı olar ki, burada hər din rəhbərindən bir rəvayət nəql edək.

Peyğəmbəri Əkrəm buyurur: «Xoş olsun o kəsin halına ki, Məhdini görsün, xoş olsun o kəsin halına ki, onu sevsin; xoş olsun o kəsin halına ki, onun imamətinə inanmış olsun.»[1]

İmam Əli (ə) buyurur: «(Ali-Məhəmmədin) fərəcinin intizarında olun və Allahın rəhmətindən ümidsiz olmayın! Çünki böyük Allahın dərgahında ən sevimli iş fərəcin intizarında olmaqdır.»[2]

Fatimeyi Zəhəra (əleyha səlam)-ın «Müshəf»ində belə qeyd olunur:[3] “...Sonra aləmlərə olan rəhmət səbəbi ilə vəsilər silsiləsini İmam Həsən Əsgəri (ə)-ın övladının vasitəsi ilə təkmil edəcəyəm. O, elə bir kəsdir ki, onda Musanın kamalı, İsanın əzəməti, Əyyubun səbri vardır...»[4]

İmam Həsən Muctəba (ə) bir rəvayətdə Peyğəmbərdən sonra yaranan çətinlikləri bəyan etməklə yanaşı, buyurmuşdu: «Allah təala axirəz-zamanda bir kişini seçəcəkdir... Onu Öz mələklərinin vasitəsi ilə möhkəmlədəcək, onun köməkçilərini qoruyub-saxlayacaqdır... Onu yer üzünün bütün sakinlərinə qalib edəcəkdir... O, yer üzünü ədalət, nuranilik və aşkar dəlillərlə dolduracaqdır... Xoş olsun o kəsin halına ki, onun dövrünü görsün və onun sözlərini eşitsin.»[5]

İmam Hüseyn (ə) buyurur: «...Allah təala onun (Həzrəti Məhdinin) vasitəsi ilə, yeri öldükdən sonra bir daha dirildəcək, onun vasitəsi ilə haqq dinini hətta müşriklərin xoşuna gəlməsə də belə bütün dünya dinlərinə qalib edəcəkdir. Onun üçün bir qeybət dövrü vardır ki, bir qrup o dövrdə dindən çıxacaq, başqa bir qrup isə dində sabitqədəm qalacaqdır... Həqiqətən hər kəs onun qeybəti dövründə əziyyətlərə və təkziblərə səbr etsə, Peyğəmbərin önündə qılıncla cihad edən şəxs kimi olar.»[6]

İmam Səccad (ə) buyurur: «Bizim Qaimimizin qeybət dövründə bizə məhəbbət və dostluqda sabitqədəm qalan şəxsə Allah təala Bədr və Ühüd şəhidlərindən olan min şəhidin əcir və səvabını inayət edər.»[7]

İmam Baqir (ə) buyurur: «İnsanlar üçün bir zaman gələr ki, imamları qeybə çəkilər. Xoş olsun o kəslərin halına ki, o zamanda bizim (vilayət) əmrimizdə sabitqədəm qalar.»[8]

İmam Sadiq (ə) buyurur: «Qaim üçün iki qeybət dövrü vardır, onlardan biri qısa müddətli, digəri isə uzun müddətlidir.»[9]



1 2 3 next