XİLQƏTİN GÖVHƏRİ (8)Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99 Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103 İMAM MƏHDİ (Ə) QURAN VƏ RƏVAYƏTLƏRDƏ
A) Qur`anda
Qur`ani Kərim ilahi məarifin saf zülal çeşməsi, hikmətlərin ən qalarlısı, bəşərin ehtiyac duyduğu ən düzgün elmdir. O, elə bir kitabdır ki, başdan-ayağa doğruçuluqdur, keçmişdəkilərin xəbərlərini və gələcəkdə baş verəcək hadisələri bəyan etmiş, heç bir həqiqəti deməkdən əsirgəməmişdir. Əlbəttə, aydındır ki, aləm həqiqətlərinin hamısı bu qədər böyük həcmlə belə, ilahi ayələrin dərinliklərində qoyulmuşdur və onun dərin mə`nalarını dərk edənlər yalnız Qur`an əhli və həqiqi müfəsirlər, yə`ni Peyğəmbəri Əkrəm və onun pak Əhli-beytidir. Sonuncu ilahi vəsinin inqilab və qiyamı dünya həqiqətlərinin ən böyüyüdür ki, çoxlu Qur`an ayələrində ona işarə edilmiş və o ayələrin təfsirində çoxlu rəvayətlər nəql olunmuşdur. Burada onlardan bir neçəsini qeyd edirik: «Ənbiya» surəsinin 105-ci ayəsində deyilir. وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِن بَعْدِ الذِّكْرِ أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَ «Həqiqətən Biz Zəburda Zikirdən (Tövratdan) sonra yazdıq ki, yer üzünə Mənim ləyaqətli bəndələrim varis olacaqlar.» İmam Baqir (ə) buyurur: «Yer üzünə varis olan layiqli bəndələr dedikdə, məqsəd imam Məhdi və onun köməkçiləridir.»[1] Həmçinin «Qəsəs» surəsinin beşinci ayəsində buyurulur: وَنُرِيدُ أَن نَّمُنَّ عَلَى الَّذِينَ اسْتُضْعِفُوا فِي الْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةً وَنَجْعَلَهُمُ الْوَارِثِينَ «Biz iradə etmişik ki, yer üzünün müstəz`əflərinə minnət qoyaraq onları (camaatın) rəhbərləri və yer üzünün varisləri qərar verək.» İmam Əli (ə) buyurur:
|