İSLAMIN ŞİƏ ŞƏXSİYYƏTLƏRİ (10)



5- BÖYÜK ZAHİD

 

Üveys Əmirəl- möminin (ə)-ın yalnız sadə səhabələrindən deyildi, o həzrəti Əli (ə)-ın həvarilərindən hesab olunurdu.

Bəli o hədsiz ləyaqət və əzəmətinə görə Əli (ə) kimi dahi şəxsiyyətin etimadını qazandı və o həzrətin ən yaxınlardan birinə çevrildi.

Qiyamət günü Allah tərəfdən nida yetişər, Əli (ə) –ın həvariləri haradadır?

Bu zaman o həzrətin ən görkəmli səhabələrindən bir dəstəsi başqalarından seçilərək qalxarlar, bu şəxslərin ən parlağı Üveys Qərəni olacaqdır.

Üveys Qərəni

O Allaha məftun olmuş çox pərhizkar bir insan idi, özünü bütün maddi bağlılıqlardan azad etmiş və haqq olan Allaha mərifət tapmağın bütün maneyələrini özündən uzaqlaşdırmışdır.

Üveys islamın tanınımış zahidlərindən hesab olunurdu, onun pəhrizkarlığı və təqvası hər yerə səs salmışdı.

Onun həyatı başdan ayağa ilahi eşq və cazibə ilə dolu idi, bu məsələ mənəvi aləmlə tanışlığı az olan insanlar üçün çox cəlbedici və maraqlı idi. Bəziləri isə özlərinin məlumatsızlıqları üzündən Üveysi həddən artıq şişirdərək onun həyatı və şəxsiyyəti barədə qondarma nağıllar və əfsanəvi hekayələr qoşurdular. Sufilər və irfan iddiyasında olanlar onu özləri üçün bir qütb hesab edir və ona müxrəlif kəramətlər nisbət verirdilər.

Bütün bunlara görə Üveysi Qərəninin şəxsiyyəti sanki şübhəlikləri əks etdirər bir nur dairəsinin arxasında qalmışdı. Elə bil onun üzünün yarı hissəsinə işıq düşdüyü üçün aydın görünür, digər hissəsi isə qaranlıqda qaldığı üçün hamıya gizlin qalmışdı.

Biz Üveys şəxsiyyətinin əsaslara və həqiqətlərə uyğun hissəsini araşdırmağa çalışaraq aşağıdakıları nəzərinizə çatdırırıq.



1 2 3 4 5 6 7 8 9 next