İSLAMIN ŞİƏ ŞƏXSİYYƏTLƏRİ (9)



ALLAH YOLUNDA DÖZÜM

Bu vəziyyətdə islamın həqiqi fədakar şəxsiyyətləri dil qəhramanlarından seçildilər, onlar Allah yolunda mübarizə meydanına atılaraq tarix səhifələrinə əbədi hərflərlə öz xalis əməllərini və islamın nicatı üçün oynadıqları rolu həkk etdilər.

Bəli islam döyüşçülərinin heç bir şeyi nəzərə almadan Məkkəyə tərəf geri qaçdıqları bir halda, islamın on nəfər böyük şəxsiyyəti və qəhrəman mücahidi Peyğəmbəri (s)-in hüzurunda qılınc vuraraq “Həvazin” hərbiçiləri ilə vuruşurdular. O cəsur qəhrəmanlardan biri Əmirəl-möminin Əli (ə) idi, o Peyğəmbəri (s)-in qarşı tərəfində öz qılıncı ilə düşmənə zərbə endirirdi. O on nəfərdən biri də Əbu Süfyan ibni Haris idi, o Peyğəmbərə həddən artıq məhəbbət bəslədiyinə görə mübarizə meydanında o Həzrəti qorumaq məqsədi ilə onun atının cilovundan tutaraq addım-baaddım o həzrətlə birgə irəliləyirdi.

Islam Peyğəmbəri (s) müharibə meydanında toz- torpaq yerə çökəndən sonra onu (Əbu Süfyanı) gördü və soruşdu: Bu şəxs kimdir?

Əbu Süfyan dedi: Sənin qardaşın Əbu Süfyan.

Peyğəmbəri (s) dedi: İlahi, bu doğurdan da mənim qardaşımdır?

Müşrüklər hər tərəfdən islam Peyğəmbərini əhatəyə almışdılar. O Həzrət atından enərək, aşağıdakı şeri oxuyaraq düşmənlərlə cihad etməyə başladı.

انا انبی لا اکذب         انا   ابن  عبد  المطلب

(Mən Peyğəmbərəm, heç zaman yalan danışmıram, mən Əbdul Mütəllibin nəvəsiyəm)

Bu zaman Əbu Süfyan Peyğəmbəri (s)-i müdafiyə etməyi öz öhdəsinə aldı və təkbaşına sanki bir qoşun kimi vuruşurdu, Peyğəmbəri (s)-in əmisi Abbas dedi: Ya Rəsulallah, bu sənin əminoğlun və qardaşın Əbu Süfyan ibni Harisdir. Ondan razı ol. Peyğəmbəri (s) buyurdu: Mən ondan razıyam, Allah onun mənə qarşı etdiyi düşmənçilikləri bağışladı. Sonra Əbu Süfyana tərəf baxaraq buyurdu: Sən mənim qardaşımsan! Əbu Süfyan bu cümləni eşidəndə həddən artıq sevindi və əyilib Peyğəmbəri (s)-min atının üzəngindən öpdü.[1]

***



1 2 next