Xatəmiyyət (1)



Xatəmiyyət (1)

Müqəddimə

Bismillahir-rəhmanir-rəhim

Bu kitab mütəfəkkir şəhid ustad Murtəza Mütəhhərrinin, təqribən, 1968-ci ildə Irsad” hüseyniyyəsində “Xatəmiyyət” başlığı altında etdiyi on çıxışdan ibarətdir. Bu çıxışların lent yazıları indi mövcud deyildir, amma bu çıxışlar ustadın yaşadıği zamanda lent yazılarından vərəqlərə köçrülmüş, ustada verilmiş və ustad ona islah və əlavələr etmişdir. İndi də o, şəkildə çap olunur. Bu çıxışların (birinci çıxışdan başqa) yazılı mətinlərinin kənarında usdad şəhid başlıq və bəzən də mətinlərin xülasəsini də yazmışıir. Bu başlıq və xülasələrin hamısını birlikdə kitabın mündərəcatı qərar verdik.  Bunu da qeyd edək ki, çıxışlardan hər birinin başlıqları (usdadın özü tərəfindən başlığı qoyulan beşinci çıxışdan başqa) və həmçinin, kitabın kiçik titirləri də həmin başlıq və xülasələrdən götürülmüşdür.

Əziz oxucularımızın bildiyi kimi, ustad şəhid “Xətmi nübüvvət” adli məqalə yazmışdır ki, ilk dəfə “Məhəmməd, peyğəmbərlərin sonuncusu” kitabinda dərc olunmuş, sonradan kiçik praşuralar şəkilində yayılmış və indidə “Altı məqalə” kitabında çapa geməkdədir. Həqiqətdə, o məqalə həmin bu on çıxışın xülasəsidir. Başqa sözlə, bu on çıxış o məqalənin geniş forması olmaqla yanaşı orada olmayan əlavə mətləblərə də malikdir. Fərqləri bundan ibarətdir ki, bunlar çıxışdır və ümumi yığıncaqda edildiyindən daha sadə şəkildə bəyan edilmiş və müvafiq olaraq günün aktual problemlərinə də toxunulsun deyə, bəzən məsələlər müxtəlif misallar vasitəsilə izah olunmuşdur. Başqa sözlə desək, bu kitab və o məqalə bir-birini tamamlayırlar.

Ümüd edirik ki, bu kitab da əziz şəhidin digər əsərləri kimi islam həqiqətlərinin

açılması və islam mədəniyyətinin əsaslarının möhkəmləndirilməsində faydalı və təsirli olacaqdır.

Ustad şəhid Murtəza Mütəhhərinin əsərlərinin nəşrinə nəzarət komitəsi

 



1 next