ƏZƏMƏTLİ İSLAM PEYĞƏMBƏRİ (2)



Onun biri "Kitab elmi onun yanındadır."

"(Ya Rəsulum!) Kafirlər: "Sən peyğəmbər deyilsən!" - deyirlər. (Onlara) belə cavab ver: "Mənimlə sizin aranızda (doğruluğuma) Allahın və kitabı bilənl şəxsin şahid olması yetər!"[8]

İkinci isə, "Onun özünkülərdən bir şahid"

"Məgər Rəbbindən açıq-aydın bir dəlilə (Qurana) istinad edən, ardınca Allahdan bir şahid gələn, ondan da əvvəl Musanın (öz ümməti üçün) bir rəhbər və mərhmət olan kitabının (Tövratın) təsdiq etdiyi kimsə (dünyaya meyl edənlər, ona bel bağlayanlar kimi ola bilərmi)?"[9]

Hər iki firqənin (Şiə və Sünnü) mötəbər mənbələrinə əsasən olan rəvayətlərdə gəlmişdir ki, bu ayələrdə gələn (Şahid) və (kitab elmini bilən şəxs) Əmirəlmöminin Əli ibn Əbutalib (ə)- dır.[10]

Doğrudur, əgər bir şəxs o imamın elmi,[11] əxlaqı[12] və əməli[13] xüsusiyyətləri ilə tanış ola, bilər ki o şəxs hesabsız söz danışmır və haqqdan başqa bir şey dilinə gəlmir.

Bu cəhətdən İmam Əli (ə)- ın şəhadəti Allah Taalanın şəhadətinin kənarında sonuncu Peyğəmbərin nübüvvətinə açıq- aşkar bir sənəd olacaqdır. Həmçinin İmam Əli (ə) kimi dahi və görkəmli bir şəxsiyyətin o həzrətə böyük və sonuncu Peyğəmbər kimi itaət etməsi, onun sədaqət və risalətinə kifayət edir.

Qeyd etmək lazımdır ki, İmam Əli (ə) Peyğəmbər (s)- dən sonra ümmətin ən elmli şəxsidir və Peyğəmbərdən (s) sonra ümmət içində Quranı ən mükəmməl bilən şəxsdir.Elə buna görə də, Allah və onun Peyğəmbərindən sonra Peyğəmbərin risalətinə şəhadət verən ən böyük şəxsdir. Eyni zamanda bu ayələr digər imamlara da tətbiq ola bilir və onların burada Əmirəlmömininə aid olması digər imamlara tətbiq olması ilə heç bir ziddiyyəti yoxdur. Hər kəs Quranı- kərimlə həqiqi tanışlığı olarsa, o Peyğəmbərin (s) sədaqət və risalətinin şahidi olacaqdır.

 



[1] - Nisa surəsi ayə 166, Fəth surəsi, ayə 28



back 1 2 3 4 next